Türkiyə mətbuatı,08.05.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1197282
Türkiyə mətbuatı,08.05.2019

“Sabah”: Yeni həll prosesi yoxdur

Prezident Rəcəb Tayyib Ərdoğan terror təşkilatı PKK-nın həbsxanadakı terrorbaşçısının vəkillərilə görüşünü qiymətləndirdi və yeni bir həll prosesinin olmayacağını söylədi.

Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri professor Fəxrəddin Altun yaydığı açıqlamada terrorçubaşının vəkillərilə görüşünün prosedura uyğun olduğunu bildirərək “Biz düşüncə və nəzərlərimizlə dəqiq mövqeyimizi ortaya qoyuruq” dedi. Altun terrorçubaşının YPG-yə ismarışı barədə isə “Birbaşa təlimat verməsi Türkiyənin PKK ilə YPG və SDG arasında əlaqədə olduğu tezisini gücləndirir” ifadələrini işlədib.

“Habər Türk”: Türkiyə Şərqi Aralıq dənizində haqlarını qorumaqda qətiyyətlidir”

Enerji Nazirliyi Şərqi Aralıq dənizində Türkiyənin davam etdirdiyi qazma fəaliyyətlərilə əlaqədar olaraq açıqlama yaydı. Açıqlamada “Türkiyənin öz dənizdibi ərazilərində apardığı qazma fəaliyyətlərilə əlaqədar olaraq bölgə daxilində və xaricindəki aktyorlar tərəfindən yayılan açıqlamaların qəbulu qeyri-mümkündür” deyə bildirildi və Şərqi Aralıq dənizdəki karbohidrogen resurslarına dair fəaliyyətlərin beynəlxalq hüquqa görə Türkiyənin qanuni haqlarına əsaslandığı vurğulandı.

“Star”:Türkiyə hərbçilərinin Rusiyada “S-400” raket sistemlərinin istismarı üzrə təlimləri başlayır

Hərbi-diplomatik mənbələrdən TASS agentliyinə verilən məlumata görə, mayın sonlarından başlayaraq 100-ə yaxın türk hərbçisi Rusiya ərazisindəki hərbi mərkəzlərdən birində “S-400” “Triumf” zenit raket sistemlərinin istismarına dair təlimlər keçəcək. Təlimlər 5 ay müddətində davam edəcək.

“Yeni Şafak: Susuz əkinçiliyə imkan verən icad”

Konyada susuzluq probleminə həll yolu tapmaq məqsədilə araşdırmalar aparan 3 yoldaş məyvə və tərəvəzçilikdə susuz əkinçiliyə imkan yaradan “Ekobox” sistemini ixtira etdi. Ağac və tərəvəz tinlərinin quruyanadək sadəcə 16 litr sudan istifadə edərək yetişməsi və kökünün torpaqdakı su mənbəyinə çatmasına imkan yaradan sistem; səhra, çınqıl və quraq ərazilərdə belə məyvə və tərəvəz əkilməsinə şərait yaradacaq. Sistemə ölkə xaricindən də ciddi rəğbət göstərilir.

“Vatan” Türkiyənin futbolcularından Ozan Kabakın qiyməti göz qamaşdırdı

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) dəğərləndirməsinə görə Avropanın 5 böyük liqasında transfər  qiyməti ən yüksək olan “U20” futbolcularının ilk 50 siyahısı məlum oldu. Siyahıda Türkiyədən də bir idmançı yer aldı. Qalatasaraydan Almaniyanı n Ştutqard klubuna 11 milyon avroya satılan Ozan Kabakın siyahıdakı qiyməti göz qamaşdırdı. Siyahıda Ozan Kabakın qiyməti 20,8 milyon avro olaraq açıqlandı.



Әlaqәli Xәbәrlәr