Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1192529
Türkiyə mətbuatı

"Yeni Şəfəq": "Suriyada Fərat çayının şərqində aparılacaq əməliyyata hazırlıqlar başa çatdı"
 
 Milli Müdafiə Nazirliyi separatçı terror təşkilatı YPG/PKK-nın Suriyada işğal etdiyi bölgəyə  mümkün bir əməliyyat barədə məlumat verdi. Məlumatda:"Birliklər hər mənada hazırdırlar. Suriyanın şimalında yaradılması planlaşdırılan təhlükəsiz bölgə ilə bağlı isə Amerika Birləşmiş Ştatları ilə danışıqlar davam edir. Bu ana qədər ABŞ tərəfindən mənfi bir münasibət göstərilməyib" deyildi.
 
 "Star": "Fridman: "Diqqətini Türkiyəyə verməyən bu coğrafiyada əməliyyat keçirə bilməz"
 
 "Geopolitical Future"nin yaradıcısı olan beynəlxalq münasibətlər strateqi Corc Fridman (George Friedman)Türkiyə Radio Televiziya Qurumunun (TRT) ingilis dilində yayımlanan kanalı "TRT World"də açıqlamalar verdi. Türkiyənin tarix boyu böyük təsirə malik olduğunu qeyd edən Fridman: "Suriya və digər bölgələrdə baş verən hadisələrə nəzər saldıqda Türkiyənin öz mövqeyinə malik olduğunu müşahidə edirik. Bu, asan bir iş deyil. Dünyanın anlaması lazım olan şey budur: diqqətinizi çox ciddi bir şəkildə Türkiyəyə vermədiyiniz təqdirdə, bu məkanda əməliyyat keçirə bilməzsiniz" deyə danışdı.
 
 "Hürriyyət": "Milli turboreaktiv mühərrikinin sınağı uğurlu keçdi"
 
 Türkiyə intensiv şəkildə aparılan işlər nəticəsində dünya miqyasında oxşarlarından aşağı səviyyədə olmayan, inkişaf etmiş texnologiyaya malik turboreaktiv mühərrik istehsal etməyi bacardı. Cumhurbaşkanlığı Müdafiə Sənayesi İdarəsinin dəstəyi ilə istehsal olunan Türkiyənin ilk yerli turboreaktiv mühərriki KTJ-3200 sınaqdan keçirildi. Mühərrik döyüş təyyarələrindən atılan orta mənzilli hərbi texnikalarda istifadə ediləcək. Mühərrikin ixrac bazarları Avropa ölkələri və Amerika Birləşmiş Ştatları olacaq.
 
 "Vətən": "Nəhəng hava yolu şirkətləri İstanbulda sıraya düzüldülər"
 
 Dünyanın aparıcı hava yolu şirkətləri o cümlədən, bir çox xarici hava yolu şirkəti İstanbula reyslər həyata keçirmək üçün danışıqlar aparır. Yapon hava yolu şirkəti "All Nippon Airways" (ANA) Tokiodan, Çinin "Lucky Air" də Kunming şəhərindən İstanbula reyslərin açılmasına çalışır. İstanbula səfərlər edəcək digər bir əcnəbi hava yolu şirkəti də "Saudi Gulf Airlines" olacaq. Xarici hava yolu şirkətləri arasında İstanbula uçanlar isə mövcud  reyslərdən başqa nöqtələrdən də uçmaq üçün təşəbbüs göstərirlər. "China Southern" hava yoları Pekindən başqa "Wuhan"dan iyun ayından etibarən uçacaq. "Sichuan" hava yollarının İstanbula daimi reysləri isə bu gün başlayır.
 
 "Xəbər Türk": "Oynaq müalicəsi üçün maye istehsal etdilər, ilk olaraq Yaponiya istədi"
 
Kütahyada oynaq xəstəliklərinin müalicəsində istifadə edilən "glukozamin"i qara üzümündən istehsal etməyi bacaran Türkiyə elm adamları Yaponiyadan 50 tonluq bir qlükozamin xam maddəsi tələbi aldı. Dünya üzrə yalnız xərçəng, krevet kimi qabıqlı dəniz heyvanlarından əldə edilən "qlükozamin" Kütahya Dumlupnar Universitetinin (DPÜ) bir qrup Türk elm adamının 4 il davam edən səyləri nəticə qara üzümdən maye şəklində əldə edildi.



Әlaqәli Xәbәrlәr