Türkiyə mətbuatı

Türkiyədə bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi

1191735
Türkiyə mətbuatı

"Yeni Şəfəq": "Turizmdə 35 milyard dollardan çox valyuta  girişi gözlənilir"
 
 Türkiyə Səyahət Agentlikləri Birliyinin sədri (TÜRSAB) Firuz Bağlıkaya: "Hədəflənən 50 milyon turist rəqəmini inşallah, əldə edəcəyik. Sektora 35 milyard dollardan çox valyutanın girişi gözlənilir" dedi. Bağlıkaya turizm sektorunun 2018-ci ili rekordlarla başa vurduğunu və 2019-cu  ilə də eyni sürətlə başladıqlarını, ilk iki ayda 7,4 faizlik artım olduğunu söylədi. Türkiyədə "dəniz, qum və günəş" turizminin müddətinin ildə maksimum 6-7 aya çıxdığını dilə gətirən Bağlıkaya:"Səhiyyə və mədəniyyət turizmi kimi sahələrdə bu ara 10-12 aya çıxır" dedi.
 
 "Hürriyyət": "Ukraynalı turist sayında böyük artım"
 
 Ukraynanın İstanbuldakı baş konsulu Aleksandr Qaman Ukraynadan Türkiyəyə gələn turistlərin sayında davamlı bir artım olduğunu bildirərək: "İstanbul ukraynalı turistlər üçün getdikcə daha mühüm bir ünvan olub. Bu il İstanbula gələn ukraynalı turistlərin sayının artacağını düşünürəm"dedi. Müstəqil Ukrayna Pravoslav Kilsəsinin yaradılması, Ayasofya muzeyi üçün ukrayna dilində səsli bələdçi xidmətinin hazırlanması, Dolmabaxça sarayı və digər mühüm məkanlar üçün də hazırlanmağa davam etməsi ukraynalı turistlərin sayında artımı təmin edəcək.
 
 "Star": "Türkiyənin İraq vətəndaşları üçün müəyyən etdiyi viza rejimi daimi deyil"
 
 Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə İraq arasındakı viza tətbiqinin uzunmüddətli  olmadığını söylədi. İraqa rəsmi səfər edən Çavuşoğlu bu ölkədə işlərin yoluna girdiyi zaman viza rejimini yenidən nəzərdən keçirəcəklərini bildirdi. Çavuşoğlu: "Vaxtı gələndə viza rejimini iraqlı qardaşlarımız üçün təkrar ləğv edərik"dedi.
 
 "Vətən": "Dünyada tayı-bərabəri yoxdur, qiymətsizdir"
 
Tokatda bir kolleksiyaçının nadir əsərləri arasında yer alan zümrüd daşında Böyük İsgəndərin portretinin işləndiyi qızıl üzük qiymətsizdir. Ellinizm dövrünə aid olduğu güman edilən üzüyə ornamentin necə işlənmiş ola biləcəyi sualının cavabı hələ tapılmayıb. Ekspertlər metalı 21.5 prob qızıl, daşı təbii zümrüd olan əsərin indiki texnologiya ilə belə yaradıla bilmədiyini qeyd edirlər. Halbuki, bu əsərin iki min ildən daha əvvəlki bir dövrdə yaradıldığı bildirilir. Bunun izaha ehtiyacı var.
 
 Xəbər Türk: "Dərhal mesajlaşmada yerli tətbiq "
 
 Türkiyənin telekommunikasiya operatoru Türk Telekom  yerli dərhal mesajlaşma tətbiqini hazırladı. Türk Telekomun elmi tədqiqat və texnologiya şirkəti "Argela" tərəfindən yaradılan yerli və milli mesajlaşma tətbiqi LAFF-ın Beta versiyası Android və İOS platformaları üçün istifadəyə verildi. LAFF Beta bütün mobil platformalar vasitəsilə operatora bağlanmadan  istifadə ediləcək. LAFF çox yaxında çıxacaq tam versiyasında  mesajlaşmada olmayan bir çox yeni və həyəcanverici xüsusiyyətləri ilə seçiləcək.



Әlaqәli Xәbәrlәr