Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1189129
Türkiyə mətbuatı

"Yeni Şəfəq": "Çavuşoğlu: ABŞ-ın sanksiya qərarlarının əleyhinəyik"
 
 Xarici işlər naziri Mövlud Çavuşoğlu verdiyi açıqlamada, Amerika Birləşmiş Ştatlarının İran neft sanksiyalarının müvəqqəti tətbiq olunmadığı 8 ölkəyə bu imkanın  bir daha verilməməsi ilə bağlı qərarına qarşı olduqlarını söylədi. Avropa İttifaqının da bu qərara qarşı olduğunu bildirən Çavuşoğlu: "Bu, bir çox ölkəyə təsir edəcək" dedi.
 
 "Sabah": "TSQ-dən İraqın şimalına hava əməliyyatı"
 
 İraqın şimalındakı Hakurk bölgəsinə təşkil olunan hava əməliyyatında separatçı terror təşkilatı PKK üzvü  olan terrorçular tərəfindən döyüş mövqeyi, sığınacaq və silah-sursat anbarı kimi istifadə edilən hədəflər məhv edildi.
 
 "Star": "Prezident Kompleksində 23 aprel mərasimi"
 
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən Prezident Kompleksində milli təhsil naziri Ziya Səlcuqu rəhbərlik etdiyi  nümayəndə heyəti ilə birgə qəbul etdi. Ərdoğan uşaqlara xitabən verdiyi açıqlamada: " Müstəqillik məşəli millətimizə hər zaman işıq olmuşdur. Xəyallarınız qarşısına heç bir maneə qoymayın" dedi. Prezident Ərdoğan 23 Aprel münasibətilə kürsüsünü 12 yaşlı Ozan Sözeyataroğluna verdi".
 
 "Xəbər Türk": "Türkiyədən Böyük Britaniya və Almaniya həbsxanalarına "qapı" kimi təhlükəsizlik"
 
 Türk firmalarının son illərdə istehsal etdiyi təhlükəsizlik cihazlarının xaricdə istifadəsi getdikcə genişlənir. "Elektral AŞ" tərəfindən istehsal edilən qapı detektorları da İngiltərə və Almaniya həbsxanaları ilə yanaşı, müxtəlif ölkələrin hava limanlarında, ədliyyə orqanları binalarında və tarixi məkanlarda təhlükəsizliyin təmin olunmasında rol mühüm oynayır.
 
 "Vətən": "THY Ankara-Bakı uçuşlarına başlayıb"
 
 Türk Hava Yolları Ankara-Bakı xəttində birbaşa uçuşlar başlatdı. Xəttin ilk uçuşu münasibətilə Heydər Əliyev Hava Limanında kokteyl təşkil olunub. Tədbirdə Azərbaycan xarici İşlər nazirinin müavini Nadir Hüseynov, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, Şimali Kipr Türk Respublikasının nümayəndəsi Üfüq Turqaner, THY-nın baş direktorunun müavini Əbdülkərim Çay, Azərbaycan mülki aviasiya xidmətinin rəsmiləri, Türk qurumları və turizm agentliklərinin nümayəndələri iştirak etdilər.



Әlaqәli Xәbәrlәr