Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1186446
Türkiyə mətbuatı

"Sabah": "Prezident Ərdoğandan "Financial Times"ə sərt reaksiya"
 
 Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan "Financial Times"in Türkiyə haqqında yaydığı təhrifli xəbərlərə diqqət çəkərək: "Türkiyə olaraq son illərdə beynəlxalq bir iftira kampaniyasına məruz qalırıq. Hazırda ölkədəki iqtisadi vəziyyətlə əlaqədar qərbin bütün media orqanları iqtisadiyyatımızı çökmüş kimi göstərir. Siz nə edirsiniz edin, Türkiyə dimdik ayaqdadır, güclənərək yoluna davam edəcəkdir" dedi.
 
 Star: "Kalın: Türkiyə-Suriya sərhədində təhlükəsiz bölgə yarandı"
 
 Prezident Aparatının sözçüsü İbrahim Kalın Suriya-Türkiyə sərhədində təhlükəsiz bölgənin faktiki olaraq yarandığını söylədi. Kalın prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dünən keçirilən hökumət toplantısı ilə bağlı mətbuat konfransı keçirdi. İbrahim Kalın Suriyanın Münbiç bölgəsində Türkiyə və ABŞ hərbçilərinin birgə patrul fəaliyyətlərinin dhəyata keçirildiyini və yeni patrul fəaliyyətləri üçün də danışıqların davam etdiyini bildirdi. Kalın: "Bizim gözləntimiz Münbiç yol xəritəsinin təcili olaraq həyata keçirilməsi və Fəratın şərqində heç bir terrorçu faktorun olmasına imkan verilməməsi istiqamətindədir" ifadələrini işlətdi.
 
 "Xəbər Türk": "Antalya turizm mövsümünə hazırdır"
 
 Bu il 16 milyon turisti qəbul etməyi qarşısına məqsəd qoyan və təqdim etdiyi imkanlarla Avropada nümunəvi turizm məkanı olan Türk turizminin paytaxtı Antalyada qonaqların ən yaxşı şəkildə qəbul etməsi üçün hazırlıqlar başa çatdırılıb. Antalyada otellərin qışda bağlanan çimərliklərində pirslər yenidən qurulub, çimərliklərə narın qum tökülüb, xüsusilə, ailələrin çox üstünlük verdiyi xiyabanlar səliqəyə salınıb.
 
"Hürriyyət": "Türkiyədən 60 ölkəyə ağac emalı maşını ixracı"
 
 Ağac Emalı Maşını və Təchizat Sənayesi İş Adamları Dərnəyinin sədri (AİMSAD) Mustafa Sabri Erol ağac emalı maşınları və təchizat sənayesinin günü-gündən inkişaf etdiyini, ölkə iqtisadiyyatına mühüm töhfə verdiyini söylədi. Erol Türkiyənin təxminən 60 ölkəyə taxta emalı avadanlıqları ixrac etdiyini bildirib. AİMSAD sədri Erol: "2018-ci ildə 120 milyon dollar ixracımız, 60 milyon dollar idxalımız oldu. Bu ilin ilk rübünə aid məlumatlarına görə, 100 maşın idxal ediriksə, 400 maşını da ixrac edirik" açıqlamasında verdi.
 
 
 "Yeni Şəfəq": "İzmirin boyozu yeni dadlarla dünya bazarında"
 
 İzmirin ləzzətlərindən biri olan boyoz fərqli damaq dadlarına uyğun olması məqsədilə labne pendir, şokolad, Hindistan qozu, Antep püstəsi və əncirlə dadlandırılaraq ABŞ və Avropa bazarına təqdim olundu. Boyoz İdarə Heyətinin sədri Musa Turan hədəflərinin ənənəvi bir ləzzəti daha çox insana tanıtmaq olduğunu dilə gətirdi.
 
 



Әlaqәli Xәbәrlәr