Türkiyә mәtbuatı 16.04.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1184162
Türkiyә mәtbuatı 16.04.2019

 

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

Star: Hulusi Akar: ‘‘Təhdidlər, ultimatumlar və vaxtvermələr müttәfiqlik  ruhuna ziddir"

"Təhdidlər, ultimatumlar və vaxt vermələr konstruktiv deyil, müttәfiqlik  ruhuna ziddir". Bunu Vaşinqtonda Türkiyə-Amerika Şurasının (ATC) konfransında çıxış edən Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyə və ABŞ arasındakı S-400 böhranına toxunan nazir Hulusi Akar deyib: Təhdidlər, ultimatumlar və vaxt vermələr konstruktiv deyil, həm də ittifaq ruhuna ziddir".

 

Sabah: ‘‘Nazir Berat Albayrak Trampla görüşdü’’

Xәzinә vә Maliyyә naziri Berat Albayrak Ağ Evdә ABŞ prezidenti Donald Trampla görüşәrәk Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın mesajını ona çatdırıb. Görüşdә S-400 zenit-raket kompleksi mәsәlәsinin dә gündәmә gәldiyini deyәn Berat Albayrak görüşün konstruktiv keçdiyini deyib. Berat Albayrak hәmçinin qarşı tәrәfin   Türkiyәnin ehtiyaclarına әsaslanan S-400 mәsәlәsini dinlәdiyini  vә anlayışla qarşıladığını bildirib.

 

Hürriyet: ‘‘Türkiyә turizm sektorunda hәdәflәrinә nail olmaq üçün әmin addımlarla irәlilәyir’’

Mәdәniyyәt vә Turizm naziri Nuri Ersoy 15-22 aprel terixlәri arasında qeyd olunan ‘‘Turizm hәftәsi’’ münasibәtilә açıqlama verib. Mәdәniyyә vә Turizm naziri Nuri Ersoy bildirib ki, Türkiyә bütün sahәlәrdә olduğu kimi turizmdә dә 2023 hәdәflәrinә nail olmaq üçün  әmin addımlarla irәlilәyir. Turizm sektorunda atılan hәr bir addım Türkiyәni beynәlxalq arenada lider mövqeyinә gәtirmәk  mәqsәdi daşıyır.

 

Haber  Türk: İstanbul Sənaye Palatası: ''Türkiyənin mart ayına dair  İxrac İndeksi 52,3-dür’’

İstanbul Sənaye Palatası (İSP)  Türkiyənin mart ayına dair  İxrac  İndeksini  açıqlayıb. Mәlymata әsasәn, Türkiyәnin mart ayına dair ixrac indeksi 52.3-dür. Bu göstәricinin  Orta Şərq bazarlarında artan tәlәbatdan qaynaqlandığı bildirilir.

 

Yeni Şəfəq: " Türkiyə Podratçılar Birliyi mәlumat yayıb’’

Türkiyə Podratçılar Birliyinin "Tikinti sektoru  ilә bağlı analiz’’  adlı hesabatında  mühüm faktlar yer alıb. Hesabata әsasәn,  Türkiyәli  podratçılar bu il xaricdə 10 mininci tikinti layihəsinə doğru әmin addımlarla irәlilәyir. Xaricdә hәyata keçirilәn layihәlәrә sәrf olunan  mәblәğ  20-30 milyard dollara yüksәlib. 2023-cü ilәdәk bu mәblәğin 50 milyarda çatması hәdәflәnir.



Әlaqәli Xәbәrlәr