Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1183569
Türkiyə mətbuatı

"Sabah": "İraqın şimalına hava əməliyyartı"
 
 Dünən İraqın şimalına  keçirilən hava əməliyyatlarında separatçı terror təşkilatı PKK tərəfindən istifadə edilən hədəflər məhv edildi. Milli Müdafiə Nazirliyinin "Twitter" hesabından verilən məlumatda: "İraqın şimalı Zap, Avaşin-Basyan, Hakurk və Qəndil bölgələrinə təşkil olunan hava əməliyyatları nəticəsində separatçı terror təşkilatı PKK tərəfindən silah mövqeyi, sığınacaq və silah- sursat anbarı kimi istifadə edilən hədəflər məhv edildi" deyildi.
 
 "Vətən": "THY tarixi daşınmadan sonra 1 milyon sərnişini keçdi"
 
 Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi böyük daşınmadan sonra yeni mərkəzləri olan İstanbul Hava Limanında xidmət göstərilən sərnişin sayını açıqladı. Ekşi: "Böyük daşınmanın keçirildiyi gündən etibarən THY olaraq eniş-qalxış 4 min 862 səfərdə ümumilikdə 841 min 915 sərnişinə xidmət göstərmişik. Dünənki sərnişinlərimiz ilə 1 milyonu keçdik. Gözəl gedir, daha da gözəl olacaq" ifadələrini işlətdi.
 
 "Star": "Turistlər 2017-ci ildə Türkiyədə 22,5 milyard dollar xərclədilər"
 
 Turistlər 2017-ci ildə Türkiyədə 22,5 milyard dollar xərcləyiblər. Kanada mərkəzli "Visual Capitalist" şirkəti əcnəbi turistlərin ən çox pul xərclədikləri ölkələri araşdırdılar. Araşdırmanın əldə etdiyi məlumatlar əsasında xarici turistlərin 2017-ci ildə Türkiyədə 22,5 milyard dollar xərclədikləri müəyyən olunub".
 
 "Hürriyyət": "Xoşbəxt şəhər- Sinop 1 milyon turisti qəbul etmək hədəfini böyütdü"
 
 Türkiyə Statistika Qurumunun (TÜİK) 2014 və 2016-ci illərdəki araşdırmalarına görə, Türkiyənin ən xoşbəxt şəhəri olaraq müəyyən olunan və keçən il 1 milyon insanın səyahət etdiyi Sinopa bu mövsüm gələn ilk turist karvanı çiçəklərlə qarşılanıb. Turistlər Sinopun təbiəti və tarixi məkanları ilə maraqlandıqlarını ifadə ediblər. Sinop dənizi, uzun qumsallarıi, Hamsilos Təbiət Parkı, Tatlıca şəlaləri kimi təbii gözəllikləri ilə önə çıxır, Sinop tarixi həbsxanası, qazıntı işləri davam edən Balatlar binalar qrupu və qaya məzarları ilə də diqqət çəkir.
 
" Yeni Şəfəq": "Galataspor dünyaya tanıdıldı"
 
Başa çatdıqdan sonra ildə işçi heyəti də daxil olmaqla, 1.5 milyon sərnişinə xidmət verəcək olan İstanbulun tək ana limanı Galataport  "Seatrade Cruise Global 2019"-da bir ekspozisiya ilə iştirak edərək, dünyanın ən mühüm kruiz şirkətlərinin istiqamətini İstanbula çevirdi. 113 ölkədən 643 iştirakçı və 11 min tədarükçü ilə satınalmanın yer aldığı "Seatrade" sərgisində dünya nəhənglərinə İstanbul və  2020-ci ilin mart ayında açılacaq Galataport İstanbul Kruizlər Limanı təqdim edildi.



Әlaqәli Xәbәrlәr