Türkiyә mәtbuatı 09.04.2019

Türkiyə mətbuatında bu gün dərc olunan xəbərlərin xülasəsi.

1179755
Türkiyә mәtbuatı 09.04.2019

Vatan: "Prezident Ərdoğan açıqlayıb: Hədəfimiz 100 milyard dollardır"

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Moskvada tәşkil edilәn  VIII  Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında çıxış ediblər. Ərdoğan deyib: "İkitərəfli ticarət həcmində hədəfimiz 100 milyard dollara çatmaqdır". Putin isə öz növbәsindә  bildirib ki, gündəmimizdə hərbi-texniki əməkdaşlıq ilә  yanaşı S-400 sistemləri var.

 

Haber Türk: ‘‘Türkiyə Liviyada tərəfləri təmkinli olmağa çağırdı’’

 

Türkiyə Liviyanın paytaxtı Tripoliyə qarşı hərbi əməliyyat nəticəsində ortaya çıxan vəziyyətdən narahat olduğunu bildirərək, tərəfləri təmkinli olmağa çağırıb.

Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirilib ki, Liviyada Tripoliyə qarşı hərbi əməliyyat nəticəsində ortaya çıxan təhlükəli gərginlikdən ciddi narahatlıq duyulur. Belə təşəbbüslər dinc əhaliyə zərər verməkdən və ölkəni sabitsizliyə aparıb çıxarmaqdan başqa heç nəyə yaramayacaq. Ayrıca BMT-nin məsələnin həlli üçün irəli sürdüyü seçimlərlə bağlı aparılan siyasi prosesə zərbə endirəcəkdir. Gərginliyin sürətli şəkildə azaldılması və dincliyin təmin olunması üçün sağlam düşüncənin hakim olması şərtdir. BMT baş katibinin və Liviya üzrə xüsusi nümayəndənin ölkədə gərginliyin azaldılması istiqamətindəki cəhdlərinə dəstək verən Türkiyə  bütün beynəlxalq ictimaiyyətin da bu məsələdə birgə mövqe və qətiyyətlilik ortaya qoymasına ciddi əhəmiyyət verir.

 

Hürriyet: ‘‘Kappadokiya xarici turistlәrin diqqәt mәrkәzindәdir’’

Türkiyәnin mәşhur turizm şәhәrlәrindәn biri olan Kappadokiyaya  bu ilin ilk üç ayında gәlәn turist sayı keçәn ilin eyni dövrü ilә müqayisәdә 14.5 % artaraq 440 min 686-ya çatıb.

Tәbii qayalardan әmәlә gәlәn qapalı vadilәri, tarixi qaya monastırları, hotellәri, Balon turizmi vә pәribacalarını görmәk istәyәn turist sayı ciddi şәkildә artıb.

Kappadokiya  Mәdәniyyәt vә Turizm İdarәsinin göstәricilәrinә әsasәn, Kappadokiyanı 2014-cü ildә  379 min 713, 2015-ci ildә 364 min 563, 2017-cı ildә 182 min 162, 2017-ci ildә 168 min 478, 2018-ci ildә 384 min 862, 2019-cu ilin ilk üç ayında isә 440 min 686 turist ziyarәt edib.  

Bu ilin ilk rübbündә şәhәrә sәfәr edәn turist sayı son altı ilin әn yüksәk göstәricisidir.

Bu il Göreme Açıq Hava Muzeyini 208 min 482, Kaymaklı yeraltı şәhәrini 94 min 993, Derinkuyu yeraltı şәhәrini isә 66 min 203 yerli vә xarici turist gәzib.

Sabah: ‘‘Çinlilərin Göbəklitəpəyə marağı artır’’

Çinlilərin BMT-nin Təhsil Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya irsi obyektlərinin siyahısına salınan Şanlıurfadakı Göbəklitəpəyə marağı artır.
 
Şanlıurfa Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Aydın Aslan prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən 2019-cu ilin Göbəklitəpə İli elan edilməsindən sonra istər ölkə daxilində, istərsə də xaricdə bütün dövlət müəssisə və təşkilatlarının tarixi xarabalıqların yerinin təqdimatına ciddi dəstək verdiyini söylədi.

Türkiyənin Pekindəki səfiri Əbdülqadir Emin Önenin koordinasiyasında Şanlıurfa Şəhər Valiliyinin dəstəyi ilə həyata keçirilən fəaliyyətlərlə çinlilərin Göbəklitəpəyə marağının artdığını qeyd edən Aslan keçən il Çində elan edilən "Türk İli" çərçivəsində tarixi xarabalıqların təqdimatının baş tutduğunu söylədi.



Әlaqәli Xәbәrlәr