Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan xəbərlərin xülasəsi

1174445
Türkiyə mətbuatı

"Sabah": "Dünya liderləri prezident Rəcəb Tayyib Ərdoğanı təbrik etdilər"
 
 Azərbaycan prezidenti İlham Əliyev, Fələstin dövlət başçısı Mahmud Abbas, Serbiya prezidenti Aleksandr Vucic, Bosniya və Herseqovina Dövlət Şurasının sədri Milorad Dodik və Demokratik Fəaliyyət Partiyasının sədri Bəkir İzzetbeqoviç, Albaniya Baş naziri Edi Rama və Qvineya prezidenti Alpha Conde prezident Rəcəb Tayyib Erdoğana zəng edərək  yerli seçkilərdə 51%-dən çox səs toplayaraq qələbə qazanması münasibətilə təbrik etdilər".
 
"Vətən": "Türk Hava Yolları (THY) İstanbul Hava Limanından 405 mindən çox sərnişin daşıdı"
 
 THY-nın Baş direktoru Bilal Ekşi  "Twitter" hesabından verdiyi açıqlamada: "Qələbə abidəsi olan İstanbul Hava Limanında 405 mini keçdik. 6 apreldə köçəcəyimiz İstanbul Hava Limanında bu günə qədər 3 min 214 səfər həyata keçirdik və 405 mindən çox sərnişinə xidmət verdik. Böyük layihələr ilə 2023-cü il hədəflərimizə çatacağıq" ifadələrini işlətdi. Dünyada ən böyük hava limanı olan  İstanbul Hava Limanı 29 oktyabr 2008-ci ildə istifadəyə verilib.
 
 "Star": "Yeni milli sistem donanmaya fərqli dənizlərdə sinxron hərəkət etmə qabiliyyəti qazandırdı"
 
 Yerli və milli imkanlarla Türk mühəndisləri tərəfindən donanmadakı bütün gəmilərə birgə hərəkət eyməyi təmin edəcək ADVENT sistemi yaradıldı. Bu sistemlə Qara dəniz ilə Mərmərə dənizində olan döyüş gəmiləri sinxron hərəkət edə biləcək, donanmadakı bütün gəmilərin eyni vaxtda birgə hərəkət etmək imkanı olacaq. Hazırda inşası davam edən və gələcəkdə inşa ediləcək bütün döyüş gəmilərində də yeni nəsil milli döyüşü idarəetmə sistemi ADVENT-dən istifadə ediləcək.
 
 "Yeni Şəfəq": "Təbbi daş ixracı 25 ildə 33 dəfə artdı"
 
 Türkiyəyə illik 2 milyard dollar gəlir gətirən Türk təbii daş sektoru dünyanın ən böyük iki sərgisindən biri olan "MARBLE" İzmir sərgisində dünyanın dörd bir tərəfindən gələn minlərlə idxalçını qarşıladı. Sərgidə 209-u xarici olan 1100-ə yaxın firma iştirak etdi. Dünya ehtiyatlarının 35%-nə sahib olan Türkiyənin 2 milyard dollar səviyyəsində olan təbii daş ixracının 7 milyard dollara çıxarılması məqsədi güdülür".
 
 Hürriyyət: "İngilis qəzeti yazdı: Qara dənizin ləzzətli yeməklərinin dadı damağımızda qaldı"
 
 İngiltərənin qabaqcıl qəzetlərindən biri olan "The Guardian"ın səyahət yazarlarından Karolin Eden (Caroline Eden) Qara dənizi gəzərək bu yerinin məşhur ləzzətlərini tanıtdı. Yazar İstanbuldan avtomobil yolu ilə gəldiyi Qara dənizdə tövsiyə edilən bütün yeməklərdən dadmağa çalışdığını yazdı. Qara dəniz yeməklərinin həm ləzzətli, həm də ucuz olduğunu qeyd edən Eden dünyaya ixrac edilən fındığın 70%-nin bu bölgədən gəldiyini xatırladaraq, içində fındıq olan bir çox məhsulu satın aldığını vurğuladı. Jurnalist Karolin Eden: "Qara dənizin ləzzətli yeməklərinin dadı damağımızda qaldı" dedi.



Әlaqәli Xәbәrlәr