Türkiyә mәtbuatı 14.03.2019

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi

1163076
Türkiyә mәtbuatı 14.03.2019

 

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi

 

Haber Türk: ‘‘Rәcәb Tayyib Әrdoğan Binyamin Netanyahuya reaksiya göstәrib’’

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan İsrail Baş naziri Binyamin Netanyahunun 7 yaşlı fәlәstinlilәri qәtlә yetirәn zalım olduğunu deyib.

Türkiyәnin paytaxtı Ankaranın Pursaklar sәmtindә xalqa xitab edәn prezident Rәcәb Tayyib Әrdoğanın gündәmindә Mәscidül Әqsaya hücum edәn İsrail vardı.

‘‘İsrailin Baş naziri soyğunçudur’’ deyәrәk Netanyahuya reaksiya göstәrәn Rәcәb Tayyib Әrdoğan: ‘‘Sәn 7 yaşlı körpәlәri qәtlә yetirәn bir zalımsan. Sәn qadınları azadlıqdan mәhrum edәn zalımsan. Bizim oradakı mәbәdimizә polislәrin vә әsgәrlәrin ayaqqabıları ilә daxil olurlar. Biz bu ölkәdә heç bir yәhudiyә zülm etmәdik, heç bir sinaqoqa sizin etdiklәrinizi etmәdik. Bizi tәhrik etmәyin. Biz bunun hesabını beynәlxalq alәmdә sizdәn soruşacağıq’’ deyib.

‘‘Müqәddәs mәscidimizә edilәn hәr bir  hücumun qarşısında bizi görәcәksiniz’’ deyәn Әrdoğan Mәscidül Әqsanın ayaqqabılarla çirklәndirilmәsinә icazә vәrmәyәcәklәrini qeyd edib.

‘‘Xarici İşlәr nazirinә tәlimat verdim. Bütün beynәlxalq danışıqları davam etdirir. Hәr kәs sussa da biz susmayacağıq’’,-deyә Әrdoğan vurğulayıb.

 

 

Star: İbrahim Kalın: ‘‘Yalanlar vә tәzyiqlәr günahlarınızı gizlәtmәyәcәk’’

Türkiyə Prezident Aparatının mәtbuat katibi  İbrahim Kalın İsrailin Baş naziri Binyamin Netanyahuya “Yalanlar və təzyiqlər günahlarınızı gizlətməyəcək" deyib.

Şәxsi ‘‘Twitter’’ sәhifәsindәn açıqlama verәn İbrahim Kalın Binyamin Netanyahunun  Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan qarşı sözlәrinә reaksiya göstәrәrәk deyib: ‘‘Netanyahu ərəblər və ümumilikdə müsəlmanlara qarşı  verdiyi irqçi bəyanatlarını ifşa edən prezident Rәcәb Tayyib  Ərdoğana hücum edir. Onun idarə etdiyi qondarma dövlət Fələstin torpaqlarını işğal edir, qadın və uşaqları öldürür, fələstinliləri öz torpaqlarında azadlıqdan mәhrum edir. Siz yalanlar və təzyiqlərlә  günahlarınızı gizlədә bilmәyәcәksiniz’’.

 

 

Yeni Şafak: ‘‘Xarici İşlәr Nazirliyi Avropa Parlamentinә reaksiya göstәrib’’.

Türkiyәnin Xarici İşlәr Nazirliyi Avropa Parlamentinin Türkiyә ilә bağlı  hesabatına reaksiya göstәrәrәk bu qәrarın Türkiyә üçün heç bir hüquqi mәna daşımadığı bildirilib.

 

 

Sabah: "Türkiyədən Avropaya 14 min ton dəfnə yarpağı ixrac olunub"

Dəfnə yarpağı və yağı Almaniya, İtaliya, Fransa, İspaniya və Hollandiya  başda olmaqla  Avropanın müxtәlif  ölkələrinə ixrac olunur. Muğla Kənd Təsərrüfatı və Meşə Müdiri Şakir Fərat Erkal bildirib ki, 2018-ci ilin mәlumatlarına әsasәn, Türkiyә Avropa ölkәlәrinә 14 min ton dәfnә yarpağı ixrac edib. Türkiyә hәyata keçirdiyi ixrac nәticәsindә 40 milyon dollar gәlir әldә edib.

 

 

Hürriyyet: "Rusların  91 faizi Türkiyəyə istirahət məqsədi ilә gəlir"

 

Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) tərəfindən hazırlanan hesabata әsasәn,  ötən il Türkiyәyә sәyahәt edәn  rusların 91 faizi  istirahət məqsədilә ölkәyә gәlib.  Hesabata görə, Türkiyə ruslar üçün ən əhəmiyyətli istirahәt zonası  olma xüsusiyyətini 2018-ci ildә dә davam etdirib.

Keçən il Türkiyəyə gələn rus turistlərin sayı  5 milyon 964 min 613-ә  çatıb.



Әlaqәli Xәbәrlәr