Türkiyә mәtbuatı 11.03.2018

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1160717
Türkiyә mәtbuatı 11.03.2018

Türkiyә mәtbuatında bu gün dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

 

 Haber Türk: ‘‘Türkiyə ən çox meyvə və tərəvəzi Rusiyaya satdı"

Türkiyә 2019-cu ilin yanvar-fevral aylarında 100 ölkәyә ümumilikdә 365 milyon 662.8 min dollar mәblәğindә meyvә vә tәrәvәz ixrac edib.

Hәmin  dövrdə әn çox ixrac  (104 milyon 533 min dollar)  Rusiyaya hәyata keçirilib.

Sözügedәn dövrdә İraqa  34 milyon 84 min 400 dollar, Rumıniyaya isә  33 milyon 105 min 975 dollar mәblәğindә ixrac olub.

 

 

Vətən: "Yerli vә xarici investorlar hәrәkәtә keçdi"

Tükiyә iqtisadiyyatına ötәn ilin avqust ayında edilәn spekulyativ hücumdan sonra görülәn tәdbirlәr nәticәsindә inflyasiya vә cari әmәliyyatlar balansı azalıb, faizlәr aşağı salınıb. Yerli vә xarici investorlar hәrәkәtә keçib. Mәrkәzi Bankın ehtiyatları 22 fevral-1 mart tarixlәrindә 394 milyon dollar artaraq  100 milyard 65 milyon dollar tәşkil edib.

 

 

 

Hürriyyet: "Bu il Çanaqqala Zәfәrinin 104-cü ildönümü qeyd olunacaq"

 

Bu il martın 18-dә Çanaqqala Zәfәrinin  104-cü  ildönümü coşğu ilә qeyd olunacaq. Yerli vә xarici turistlәr  beş ay әvvәl bәrpa işlәri tamamlanan Troya müzeyini, Hamidiye İstehkamını vә Seddülbahir qalasını ziyarәt edә bilәcәk. Tarixi yarımadanın әn uc nöqtәsindә yerlәşәn ‘‘Әsgәr fәnәri’’ dә gәlәn il dalış turizminә öz qapılarını açacaq.

 

 

 

Yeni Şafak: " Türkiyə turizm sektorunda әhәmiyyәtli addım atmağa hazırlaşır "

 

Türkiyə turizm sektorunda әhәmiyyәtli addım atmağa hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyi Anadolunun  mədəniyyətini  və dəyərlərini xaricdә keçirilәcәk tәdbirlәrdә nümayiş etdirәcәk.  Sözügedən təqdimatlarla Türkiyənin 100 milyon turist hədəfinə çatması planlaşdırılır. Nazirlik bu məqsədlə Türkiyənin mədəni irsini  gün üzünə çıxaracaq. Hər şәhәrin mәdәni irsi ön plana çıxarılacaq.

 

 

Star: "İstanbulun hava limanından  iki ayda 15 milyon sәrnişin uçub’’

Bu ilin ilk iki ayında İstanbuldakı hava limanlarından  ölkә daxilinә vә xaricinә üçan  sәrnişin sayı keçәn ilin eyni dövrü ilә müqayisәdә artaraq 15 milyon 285 min 517-yә yüksәlib. 2019-cu ilin yanvar-fevral aylarında Türkiyәdәki hava limanlarını istifadә edәn  bütün sәrnişinlәrin  tәxminәn 57% isә İstanbul hava limanına üstünlük verib.



Әlaqәli Xәbәrlәr