Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasısi.

1153229
Türkiyə mətbuatı

"Yeni Şəfəq": "Cümhuriyyət tarixinin ən böyük dəniz təlimləri başladı"

 

 Cümhuriyyət tarixində ilk dəfə ana vətəni qucaqlayan üç dənizdə 103 gəminin iştirakı ilə eyni zamanda  həyata keçirilən "Mavi Vətən 2019 Təlimləri" başladı. Dəniz Hərb Mərkəzi Komandanlığı tərəfindən idarə edilən təlimlər Qara dəniz, Egey dənizi,  Aralıq dənizinin şərqi olmaqla, eyni anda 3 dənizdə ilk dəfə həyata keçiriləcək təlimlər olaraq tarixə düşəcək. Hərbi inventarda  olan yeni silah və texnikaların nümayiş ediləcəyi təlimlərdə F-16 döyüş təyyarələri də iştirak edəcək. "Mavi Vətən" təlimləri martın 8-də başa çatacaq.

 

 "Xəbər Türk": "Vestel" və "Google"un nəhəng əməkdaşlığı"

 

 İspaniyanın Barselona şəhərində keçirilən Mobil Dünya Konqresində (Mobile World Congress - MWC 2019) altıncı dəfə iştirak edən "Vestel" "Google" ilə əməkdaşlıq etdiyini bildirdi. "Vestel" bu çərçivədə "Android" proqramının son variantı olan "Android Pie"  sistemi ilə işləyən televizorların "Vestel City"də istehsalına başlayacağını açıqladı. istifadəçilər "Vestel" "Android Pie" sistemli televizorlarla "Google Assistent" üzərindən səsli komandalar verərək həm tətbiqlər üzərində əməliyyatlar apara biləcək, həm də ekran üzərindən yenə səsli komandalarla olduqları məkanın işıqlarına nəzarət edə biləcəklər. "Vestel" "Android TV" məhsullarını 2019-ci ilin may ayında Türkiyə bazarına, daha sonra  Avropa bazarına təqdim edəcək.

 

 "Star": "TEKNOFEST 2019"a müraciətlər başladı"

 

 Dünyanın ən böyük ikinci aviasiya festivalı olan və ayaqları yerdən üzən "TEKNOFEST İstanbul 2019"-a müraciətlər başladı. TEKNOFEST Aviasiya, Kosmos və Texnika Festivalı çərçivəsində təşkil olunacaq texnologiya yarışları üçün müraciətlər fevralın 28-ə qədər davam edəcək. Bu il yenə ilklərlə başlayan TEKNOFEST çərçivəsində uçan avtomobil dizaynlarının müsabiqəsi də keçirilir. Qazanan komandaları 2 milyon Türk lirəsindən çox bir mükafat gözləyir.

 

 "Vətən": "Dünyanın insan sağlamlığı üçün ən uyğun olan  5-ci şəhəri Bursa"

 

 Dünya miqyasında həyat maliyyəti, əmlak qiymətləri, səhiyyə xidməti, ekologiya və nəqliyyat kimi meyarları əsas götürərək həyat keyfiyyəti ən yüksək şəhərləri müəyyənləşdirən müstəqil tədqiqat qurumu olan "Numbeo" dünyanın insan sağlamlığı üçün ən uyğun şəhərlərini müəyyən etmək üçün araşdırma apardı. Bursa şəhəri “Numbeo”nun  yuxarıda sadalanan meyarlar əsasında  müəyyən etdiyi  şəhərlər siyahısında beşinci yeri tutdu.

 

“Hürriyyət”: "İngilislər "Trabzonspor"un gənc futbolcusu Yusif Yazıçını öz komandalarına transfer etməkdə israrlıdırlar"

 

 İngiltərənin Premier liqa komandalarından biri olan "Cardiff City" "Trabzonspor"a  Yusif Yazıçını transfer etmək təklifini etmişdi. Lakin komandanın rəhbəti Əhməd Ağaoğlu 22 yaşlı ulduzu hazırda əldən buraxmanın mümkün olmadığını bildirmişdi.  Bundan sonra  geri çəkilən "Cardiff City" bu oyunçuya olan marağını itirmədi. Yusifin mövsümün ikinci yarısında oynadığı bütün matçları təqib edən "Cardiff" rəsmilərinin oyunçunun professional inkişafına heyran qaldıqları və mövsümün sonunda daha yüksək məbləğli bir təkliflə "Trabzonspor"un qapısını döyməyi planlaşdırdıqları qeyd edildi.

 



Әlaqәli Xәbәrlәr