Türkiyә mәtbuatı 26.02.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1152478
Türkiyә mәtbuatı 26.02.2019

Sabah: ‘‘Türkiyә Antarktidada müvәqqәti elmi bazasını qurdu’’

Sәnaye vә Texnologiya naziri Mustafa Varank Türkiyәnin Antarktidada müvәqqәti elmi bazasını qurduğunu bildirib.  Mustafa Varank deyib: ‘‘Türkiyә Antarktidada müvәqqәti elmi bazasını qurdu. Bayrağımız Antarktidada dalğalandığı üçün çox xoşbәxtik. Alimlәrimizә  tәşәkkür edirik. Xeyirli olmasını arzulayırıq’’.

 

Star: ‘‘Türkiyәyә  2018-ci ildә 13 milyard 163 milyon dollar mәblәğindә investisiya qoyulub’’

Türkiyә Prezident Aparatının İnvestisiya Ofisinin rәhbәri Arda Ermut Türkiyәyә    2018-ci ildә 13 milyard 163 milyon dollar mәblәğindә investisiya qoyulduğunu deyib. Arda Ermut bu Türkiyә iqtisadiyyatına göstәrilәn etimadın vә ölkәnin potensialının bir nәticәsi olduğunu bildirib.  Arda Ermut  keçən il Türkiyəyə ən çox sərmayə qoyan ölkələrin  Hollandiya vә  Azərbaycan olduğunu vurğulayıb.

 

Vatan: ‘‘Şәrq Ekspressi turistlәrin diqqәtlәrini cәlb etmәyә davam edir’’

Türkiyәnin Mәdәniyyәt vә Turizm naziri Mehmet Nuri Ersoy  son zamanlarda ‘‘Şәrq Ekspressi’’in turistlәrin diqqәtini cәlb etdiyini deyib. Mehmet Nuri Ersoy deyib: ‘‘Şәrq Ekspressi turistlәri daşıyan qatara çevrildi. Biz deyirik ki, mәqsәdinә uyğun bir qatar da tәşkil edәk. Türistlәr o qatarla sәyahәtlәrini etsinlәr’’.

 

Haber Türk: ‘‘Göbәklitәpә İli turist axını ilә başladı’’

2019-cu ilin ‘‘Göbәklitәpә İli’’ elan edilmәsindәn sonra Şanlıurfaya çox sayda turist gedib. Yanvar vә fevral aylarında bölgәyә çox sayda turistin gәldiyi bildirilir.

Qeyd edәk ki, ötәn il Şanlıurfanı hәm ölkә daxilindәn, hәm dә xaricindәn bir milyondan çox turist ziyarәt etmişdi.

 

Hürriyyet: " Hindistanlı  güləşçi Edirnədə istirahәt edir’’

 

Hindistanlı gülәşçi Qeta Poqat (Geeta Phogat)  Ədirnədə istirahәt edir.

Qeta Poqat on gündür Türkiyənin әn önәmli  güləş mərkəzlərindən biri olan Ədirnə Olimpiya Hazırlıq Mərkəzində Türkiyәnin  Milli Güləş Komandası ilә mәşq edir.

 



Әlaqәli Xәbәrlәr