Türkiyә mәtbuatı 15.02.2019

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1145835
Türkiyә mәtbuatı 15.02.2019

 

 

Sabah: ‘‘Terror dәhlizlәrinin yaradılmasına  әsla icazә vermәyәcәyik’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Suriyanın başda İdlib şәhәri olmaqla ölkәnin heç bir bölgәsindә humanitar böhranın yaşanmasını istәmәdiklәrini söylәdi.

Suriya mәsәlәsinin hәll edilmәsi üçün Astana prosesinin zamin ölkәlәri Türkiyә, Rusiya vә İran Rusiyanın Soçi şәhәrindә üçtәrәfli zirvә görüşü keçirdilәr. Zirvә görüşündәn sonra  Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan,  Rusiya prezidenti Vladimir Putin vә İran prezidenti Hәsәn Ruhani birgә mәtbuat konfransı keçirdilәr. Zirvә görüşündә Amerika Birlәşmiş Ştatlarının  Suriyadan çıxma qәrarını qiymәtlәndirdiklәrini ifadә edәn Rәcәb Tayyib Әrdoğan: ‘‘ Tәhhlükәsiz bölgә terror tәşkilatlarının böyüyәcәyi bir sahәyә çevirilmәmәlidir’’ deyib.

 

Vatan: ‘‘Hulusi Akar önәmli görüşlәr keçirdi’’

Türkiyәnin Milli Müdafiә naziri Hulusi Akar dünәn Rusiyanın Soçi şәhәrindә bu ölkәnin Milli Müdafiә naziri Sergey Şoyqu vә İran Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Mәhәmmәd Baqeri ilә ayrı-ayrılıqda görüşüb. Suriya ilә bağlı keçirilәn zirvә görüşündәn әvvәl baş tutan görüşlәrdә Suriyadakı son vәziyyәt bir daha müzakirә olunub.

 

Star: ‘‘Türkiyәnin Xarici İşlәr Nazirliyi Şimali Makedoniyaya başsağlığı verdi’’

Türkiyә Skopye yaxınlığında baş verәn  qәza nәticәsindә hәlak olanlar ilә әlaqәdar Şimali Makedoniyaya başsağlığı verib.

Türkiyәnin Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Dünәn axşam radәlәrindә Skopye yaxınlığında şәrnişin avtobusunun qәzaya uğraması nәticәsindә 13 nәfәrin hәlak olması vә çox sayda adamın yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirdi. Qәza nәticәsindә hәlak olanların ailәlәri vә qardaş Şimali Makedoniya xalqına dәrin hüznlә başsağlığı, xәsarәt alanlara şәfa dilәyirik’’.

Qeyd edәk ki, Skopye yaxınlığında sәrnişin avtobusunun qәzaya uğraması nәticәsindә 13 nәfәr hәlak olmuşdu, 30 nәfәr dә yaralanmışdı.

 

Haber Türk: ‘‘Cari kәsir bәlli oldu’’

Cari kәsir bәlli oldu. Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən 2018-ci ilin dekabr  ayına dair cari kәsir balansının göstәricilәrini açıqlayıb. Mәrkәzi Bankın mәlumatlarına görә, Türkiyәdә dekabr ayında cari kәsir 1.44 milyard dollar olub. Mәlumata әsasәn, cari kәsir 2018-ci ildә 27.6 milyard, 2017-ci ildә isә 47.4 milyard dollar tәşkil edib.

 

Hürriyet: ‘‘Turkish Cargo Sevgililәr Günü münasibәtilә  4 min ton çiçәk daşıyıb’’

Dünyanın әn sürәtlә böyüyәn markası olan vә 124 ölkәyә xidmәt edәn ‘‘Turkish Cargo’’ şirkәti Sevgililәr günü münasibәtilә dörd min ton çiçәk daşıyıb. Bu barәdә Türk Hava Yollarının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Mәlumata әsasәn, ‘‘Turkish Cargo’’ Keniyanın paytaxtı Nairobi vә Ekvadorun paytaxtı Quito başda olmaqla dünyanın dörd güşәsinә çiçәk daşıyıb.

 

 

 

 



Әlaqәli Xәbәrlәr