Türkiyə mətbuatı

Türkiyə mətbuatında bu gün dərc olunan bəzi xəbərlərin xülasəsi.

1138792
Türkiyə mətbuatı

“Vatan” qəzeti: “Suriyalı Fida: “Türkləri gördüyüm zaman bu dünyanın hələ də yaxşı olduğunu hiss edirəm”

Suriyada Bəşər Əsəd rejiminin hücumlarına ayağını, atasını və qardaşlarını qurban verməsinə baxmayaraq sərhəd məntəqəsindəki qaçqın düşərgələrində könüllü müəllim olaraq işləyən Fida Həsən Türkiyədə fəaliyyət göstərən təşkilatların dəstəyilə protezinə qovuşdu. “TRT”-nin sənədli filmlər kanalında fevralın 2-də heyakəsi yayımlanan Fida  “Türk milləti gülərüz və çox yaxşı bir millətdir. Küçədə məni görən insanlar köməklik göstərirdi. Belə insanları gördüyüm zaman dünyanın hələ də yaxşı olduğunu hiss edirəm” dedi.

“Sabah” qəzeti: “Müdafiə sənayesi istehsalında Türkiyə dünyada ilk 10 ölkə arasındadır”

Prezident Aparatının Müdafiə Sənayesi üzrə Sədrliyinin rəhbəri Sərdar Dəmirəl “Türk müdafiə sənayesinin keçmiş 15 ilinə nəzər saldığımız zaman inkişaf prosesini görürük. Ölkəmiz bu sahədə dünyada ilk 10 ölkə arasındadır” dedi. Türkiyənin yerli tankını heç bir dəstək olmadan özünün buraxdığını, “F-35” döyüş təyyarəsi layihəsində ciddi dəstəyinin olduğunu bildirən Dəmirəl “Ölkəmizin təlim təyyarələri inkişaf etdirildi. Türkiyəyə məxsus helikopterimiz “Gökbəy” hazırda sınaq uçuşlarını davam etdirir” deyə vurğuladı.

“Star” qəzeti: “Dünyanın ən etibarlı bankları arasında Türk bankı da var”

Ziraat bank marka dəyərləndirmə şirkəti Brend Finansın hazırladığı siyahıda ilk 500 bank arasında 2017 və 2018-ci illərdə marka qiymətini ən çox artıran Türk bankı olaraq siyahıya daxil oldu. Xəzinə və maliyyə naziri Berat Albayrak Zirat bankı bu uğuruna görə təbrik etdi.  

“Yeni Şafak” qəzeti: “Türk Hava Yollarının (THY) yeni reklam filminin “Super Bowl”da təqdimatı oldu”

THY-nın dünya şöhrətli ingilis rejissor Ridley Skot ilə çəkdiyi “Səyahət” adlı qısa metrajlı filminin 30 saniyəlik hissəsi dünyanın ən çox baxılan idman tədbiri Amerikan futbolunun finalı “Super Bowl”da təqdim edildi. Reklam filmi coğrafi mövqeyi və mədəniyyət təcrübəsilə dünyada misli olmayan İstanbulun Çırağan sarayı, Şərəfiyə su anbarı, Ortaköy meydanı və İstanbul Hava Limanı kimi şəhərin simvolları arasında çəkilib.



Әlaqәli Xәbәrlәr