Türkiyə mətbuatı

Türkiyə mətbuatının gündəmində olan bəzi xəbərlərin xülasəsi.

1135492
Türkiyə mətbuatı

Haber Türk: "Enerji bazarlarında  yaşanan dәyişikliklәr’’

 

 Beynəlxalq Enerji və Ətraf Mühit Sərgisi və Konfransının  Baş Direktoru Feraye Gürel  Türkiyə enerji bazarının dәyişdiyini vә yenilәndiyini deyәrәk: ‘‘Bu dövrdə elektrik istehsalı  azalır. Yeni investisiyalar daha çox rəqəmləşdirmə, innovasiya və məhsuldarlıq yönümlü modellərlə davam edir"  deyə qeyd edib.

 

Vatan: " İlki Türkiyәdә  istehsal olunub"

Yanğın söndürmәk üçün istifadә edilәn toz Türkiyәdә istehsal olunub. Patenti mәrkәzi  İzmirdә yerlәşәn bir firmaya aiddir. Yanğın söndürmәk üçün istifadә edilәn toz yerli vә milli imkanlarla hazırlanıb. Maddәnin kanserogen olmadığı bildirilir.

 

Yeni Şafak: "F-35 tәyyarәlәrinin texniki baxışı Eskişehirdə hәyata keçiriləcək"

Milli Müdafiə Naziri Hulusi Akar, Türkiyənin satın alacağı ‘‘F-35’’ tipli  döyüş təyyarələrinin texniki baxışının  Eskişehirdə ediləcəyini deyib. Türkiyənin 100-dәn  çox ‘‘F-35’’ tipli döyüş təyyarəsi alacağını vurğulayan Akar deyib: "Tәyyarәlәrin  texniki baxışı  və təmirləri  Eskişehirdәki Hәrbi Hava Qüvvәlәrinin 1-ci Texniki Baxış Zavodunda hәyata keçirilәcәk’’.

 

Star: "Dünya Çindən Çin isә  Türkiyədən alır"

 

Sivasda fəaliyyət göstərən bir şirkәt  6 min kvadratmetr qapalı sahəyə qurduğu yeni zavodunda  avtomobillərdə istifadə edilən eksentrik milləri istehsal edir. Təxminən 1100 nəfərin işlə təmin olunduğu zavodda  robotlar sayəsində istehsal olunan  millər  dünyanın ən iri iqtisadiyyatına malik olan Çinə də ixrac  olunur.  Şirkәt  Volvo firması ilә әldә  edilən müqavilə çәrçivәsindә Çinә  ildə 350 min eksentrik mil ixrac edir.

 

Sabah: "Cəhənnəm Dərəsi Kanyonu  turizmә öz qapılarını açdı’’

 

 Amerika Birləşmiş Ştatlarının  Arizona ştatındakı  Qrand Canyondan sonra dünyanın ən yüksək ikinci kanyonu olan Cəhənnəm Dərəsi Kanyonu turizmә öz qapılarını açdı. Kanyon Artvinin Ardanuç qәsәbәsindә yerlәşir. 200 metr yüksәkliyә vә 70 metr enә malik olan kanyon Türkiyәnin әn böyük kanyonu hesab edilir.



Әlaqәli Xәbәrlәr