Türkiyə mətbuatı

Türkiyə mətbuatının gündəmində olan bəzi xəbərlərin xülasəsi.

1134744
Türkiyə mətbuatı

"Xəbər Türk": "Türkiyə Respublikası Mərkəzi Bankının rezervləri artdı"
 
 Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) rəsmi rezervləri 2018-ci ilin dekabrında  əvvəlki aya nisbətən 2,2% artaraq 93 milyard dollara yüksəldi. Bu dövrdə  valyuta ehtiyatı əvvəlki aya nisbətən 1,7% artaraq 71,4 milyard dollara, qızıl  ehtiyatı 4,3% artaraq 20,1 milyard dollara çatdı.
 
 "Vətən": "Əcnəbilərə mənzil satışları ən çox Samsun və Ankarada artdı"
 
Əcnəbilərə mənzil satışı 2018-ci ilin dekabr ayında əvvəlki ilə görə 78,30% artaraq 22 min 234-dən 39 min 663-ə yüksəldi. Əcnəbilərə mənzil satışı 2018-ci ildə əvvəlki ilə görə 253% ilə ən çox Samsunda artdı. Samsunu 161% yüksəlişlə Ankara və  91% yüksəlişlə Yalova təqib etdi.
 
 "Yeni Şəfəq": "Hibrid avtomobillərə dövlət dəstəyi gəlir"
 
 Prezident köməkçisi Fuad Oqtay  hibrid avtomobil məsələsində lazım gələrsə yeni təşviqlər tətbiq edərək rəqəmləri yüksəltmək barəsində qərar qəbul etdiklərini bildirdi. Rifah səviyyəsinin yüksəlməsi ilə birlikdə avtomobilə tələbatın də təbii olaraq artdığını vurğulayan Oqtay: "Ölkəmizdə 2002-ci ildə min nəfərə düşən avtomobil sayı 130 olduğu halda, bu gün bu rəqəm 2 min 283-dür" dedi. Oqtay Türkiyədə hər 3-4 nəfərə bir avtomobil düşdüyünü qeyd etdi.
 
 "Star": "Ötən il Türkiyədən 22 ölkəyə 9 milyon 477 min dollarlıq hamsi balığı ixrac edilib"
 
 Türkiyədən 2018-ci ildə 22 ölkəyə 9 milyon 477 min dollarlıq hamsi balığı göndərilib. Keçən il Türkiyədən 1973 ton hamsi ixrac olunaraq  9 milyon 477 min 209 dollar gəlir əldə olunub. Ölkədən əvvəlki il 9 milyon 250 min 633 dollarlıq ixrac həyata keçirilmişdi. Hamsi ixracında Fransa 3 milyon 439 min 958 dollarla birinci yerdədir. Daha sonra 2 milyon 404 min 434 dollarla Belçika və 920 min 76 dollarla Amerika Birləşmiş Ştatları gəlir.
 
 "Sabah": "Datçada Badam Çiçəyi Festivalı"
 
 2018-ci ildə ilk dəfə keçirilən və Türkiyənin dörd bir guşəsindən gələn minlərlə qonağın qəbul edildiyi Datça Badam Çiçəyi Festivalı bu il 8-10 fevral tarixlərində keçiriləcək. Festival zamanı Muğlanın Datça rayon mərkəzində və Palamutbükü yarmarka sahələrində ekspozisiyalar qurulacaq. Bu stendlərdə əl əməyi olan məhsullar, suvenirlər, badam  və yerli qida məhsulları satılacaq. Uşaq və böyüklər üçün  rəngli və yaradıcı workshoplar təşkil olunacaq. Datça bölgəsinə məxsus rəqs şouları və səhnə çıxışları nümayiş olunacaq. Qonaqların turlar və təbiət yürüşləri ilə yarımadanın dörd bir tərəfini kəşf etmək, tarixi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı da olacaq.



Әlaqәli Xәbәrlәr