Türkiyə mətbuatından xəbərlər 16.01.2019

Hüriyyet: “Prezident Ərdoğandan kritik “təhlükəsiz bölgə” açıqlaması”,Sabah: “Nazir Berat Albayrak bəyan etdi! Daha bir hədəfə çatıldı”...

1126571
Türkiyə mətbuatından xəbərlər 16.01.2019

Türkiyə mətbuatından xəbərlər 16.01.2019

Hüriyyet: “Prezident Ərdoğandan kritik “təhlükəsiz bölgə” açıqlaması”

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada ehtimal olunan təhlükəsiz bir bölgə yaradılması ilə bağlı layihədə terror təşkilatı PKK-nın bu ölkədəki davamı olan YPG/PKK-nın yer almayacağını söylədi. Ərdoğan bildirdi ki, Türkiyə bu düşüncəsini ABŞ-ın sabiq prezidenti Barak Obamaya da təklif etmişdi. ABŞ Suriyada hava məkanına nəzarəti ələ kəçirsə biz də qurudan bütün təhlükəsizliyi təmin ədə bilərik demişdik. Obama bu mövzuda lazım olan addımları atmadı. Obamanın təklifi 31 km idi. Mənim də müsbət yanaşdığım bir mövzudur. Bununla əlaqəli fəaliyyətlər aparıla bilər.  Bu məsafə 20 milə qədər uzadıla bilər.

Sabah: “Nazir Berat Albayrak bəyan etdi! Daha bir hədəfə çatıldı”

Xəzinə və Maliyyə naziri Berat Albayrak “Twitter” səhifəsində 2018-ci ilin dekabr ayı və yanvar-dekabr dövrünə məxsus büdcənin həyata keçirilmə nitəcələrini qiymətləndirdi. Albayrak Yeni İqtisadi Proqramda 2018-ci ilin büdcə kəsirini 72,1 milyard olaraq nəzərdə tutduqlarını xatırladaraq yazıb ki, mövcud büdcə kəsiri hədəfimizlə üst-üstə düşdü və 72,6 milyard təşkil etdi. Yeni İqtisadi Proqramda 1,9 faiz olaraq nəzərdə tutduğumuz büdcə kəsirinin milli gəlirə olan nisbət hədəfi beləlikdə reallaşdı.

Haber Türk: “Sabiha Gökçen hava limanının sərnişin sayı 35 milyona yaxınlaşdı”

Sərnişin sayı baxamından Türkiyənin ən böyük 2-ci, Avropanın isə ən böyük 13-cü hava limanı mövqeyində olan İstanbul Sabiha Gökçen 2018-ci ildə sərnişin sayını 9 faiz artırdı və cəmi 34 milyon 58 min 917 sərnişinə ev sahibliyi etdi.

Star: “THY uçuş şəbəkəsini genişlətməkdə davam edir”

Türk Hava Yolları (THY) Amerika qitəsinin önəmli şəhərləri Mexiko və Kankunu uçuş şəbəkəsinə əlavə edəcək. THY Mətbuat Xidmətindən yayılan açıqlamaya görə, THY-nın Amerika qitəsindəki 18-ci və 19-cu uçuş nöqtələri Mexiko və Kankun şəhərlərinə reallaşdıracağı reyslər avqustun 21-də başlayaraq İstanbul-Mexiko-Kankun-İstanbul istiqamətində həftədə 3 gün olacaq.

Vatan: “Armud və heyva ixracı 2018-ci ildə rekord qırdı”

Türkiyənin müxtəlif şəhərlərində yetişdirilən armud keçən il 53 ölkəyə ixrac edildi. Armud ixracı 2018-ci ildə əvvəlki illə müqayisədə 33,7 faiz artaraq 36,2 min tondan 48,5 min tona çıxdı. İxracatda əldə edilən gəlir isə təqribən 10 faiz artımla 20,3 milyondan 22 milyon dollara yüksəldi. Türkiyə miqyasında heyva ixracı isə 2018-ci ildə 5 faiz artımla 18,9 min tondan 19,9 min tona, gəlir olaraq isə 8 faiz artımla 12,4 milyon dollardan 13,4 milyon dollara çıxaraq rekord qırdı.



Әlaqәli Xәbәrlәr