Türkiyə mətbuatı, 03.01.2019

"Star", "Huriyet", "Yani Şafak", "Haber Türk" bu gün nə yazır?

1118273
Türkiyə mətbuatı, 03.01.2019

Yeni Şafak: "Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Şərqi Aralıq dənizində kəşfiyyat qazma işləri nəticəsində yaranan gərginliklə əlaqəli Yunanıstan müdafiə nazirliyidən  yayılan açıqlamaya, “bizi sınamayın deyərək” reaksiya verib. Türk silahlı qüvvəlirinin qəzəbinə gətirib çıxaracaq addımlardan imtina edilməsini istiyib.

Sabah qəzetində “O ölkədən on minlərlə insan Türk vətəndaşı olmaq üçün  müraciət  edir” titriylə əks edən xəbərdə bildirilib: Türkiyə vətəndaşlıq qaydalarına edilən dəyişiklikdən sonra 250 qədər  əcnəbi  Türk vətəndaşlığına müraciət edərkən, ölkəyə 100 milyon dollar investisiya gəldi. Türkiyə vətəndaşlığı ilə ən çox maraqlananlar isə Böyük Britaniyalılar olub. 2019-cu ildə vətəndaşlıq üçün müraciətlərin rekord seviyyəyə çatacağı proqnozlaşdırılır.

Haber Türkün, “Türk hava yollar iki gündə 300 min sərnişin daşıdı” başlıqlı xəbərində, Yeni il münasibətiylə Türkiyəyə səyahət edənlərin sayında rekord artım  olduğu  bildirilib  və  bu səbəbdən Türk hava yollarının iki gün ərzində daşıdığı sərnişin sayının 300 minə çatdığına diqqət çəkilib. Türk hava yolları Baş direktoru Bilal Ekşinin sözlərinə görə uçuşların 93 faizi vaxtında reallaşdırılıb.

Vatan qəzeti yazıb: Türkiyədəki mavi bayraqlı çimərlik sayı artdı. Məlumata görə 2018-ci ildə ölkədəki mavi bayraqlı çimərlik sayı 459-a çatıb.

Star qəzeti: “Türk təşəbbüskarlar kosmosa yük daşımaçılığı mövzusunda NASA ilə razılaşdılar”. İki Türk təşəbbüskarın nəzarətində fəaliyyət göstərən ‘Sierra Nevada Corporation’ şirkəti  tərəfindən  buraxılan "Dream Chaser" kosmos vasitəsi, Beynəlxalq Kosmos Stansiyasına yük daşıyacaq.



Әlaqәli Xәbәrlәr