Türkiyə mətbuatı xəbərlərinə qısa nəzər, 02.01.2019

"Star", "Huriyet", "Yani Şafak", "Haber Türk" bu gün nə yazır?

1117538
Türkiyə mətbuatı xəbərlərinə qısa nəzər, 02.01.2019

“Star”: “İxracatçılar rekordu təkrarlamaq istəyir”

  Ötən il inkişafa böyük töhfə verən ixrac rəqəmləri bəlli oldu. Gözlənilənlər 2014-cü ildə 157,6 milyard dollarla qırılan Türkiyə Respublikası tarixinin ixrac rekordunu dəyişmək yönündədir.

  Türkiyə 2018-ci ilin ilk 11 ayında 154.2 milyard dollarlıq ixracat həyata keçirdi. Son ay da 7,8 faiz artaraq 168,1 milyard dollar oldu. 2019-cu ildə ixracatçılar bu rəqəmləri təkrarlamaq niyyətindədir. Yeni İqtisadiyyat Proqramında nəzərdə tutulan ixrac hədəfi 182 milyard dollar olsa da, ixracatçılar bu rəqəmi mütləq keçərəklərini və rəqəmi 200 milyard dollara yüksəldəcəklərini bildirib.  

“Hürriyet”: “Türkiyə turizmi qastronomiyaya hücum edəcək”

  Turizm Restoran Sərmayəçiləri və İnzibatçıları Dərnəyinin (TURYİD) sədri Kaya Demirer Türkiyənin builki 30 milyon dollarlıq təqdimat büdcəsini 5 qat artırmağı planlaşdıran Turizm İnkişaf Fonduna qastronomiya (yemə-içmə) sektoru olaraq dəstək verdiklərini söyləyərək deyib: “Xaricə ünvanlı lüks Türkiyə restoranlarının ortaya çıxması bizim üçün çox vacibdir. Ona görə də Türkiyə turizmi gastronomiyaya hücuma hazırlaşır. Yəni Türkiyə yeməkləri xarici turizm, moda, incəsənət və avtomobil sərgilərində “pop-up” ləzzət dayanacaqlarında tanıdılacaq”.

“Yeni Şafak”: “Antalyada bütün zamanların turist rekordu”

  2018-ci ildə Antalyaya gələn xarici turist sayı bütün zamanların rekordunu qırdı və 13 milyon 642 min adama çatdı. Keçən il xarici turist sayı əvvəlki dövrlə müqayisədə 31 faiz artıb.   Rusiyadan Antalyaya 2018-ci ildə 4 milyon 801 min turist gəlib ki, bu da bir ildə 26,47 faiz artım deməkdir. Şəhərə gələn turist sayında ikinci yerdə Almaniyadır. 2018-ci ildə Antalyaya Almaniyadan gələn turist sayı əvvəlki ilə nisbətən 36,74 faiz artaraq 2 milyon 317 min olub.

“Sabah”: “Bursadakı Fəth Müzeyi dünyaya adını tanıtdı”

  Bursa Osmanqazi Bələdiyyəsinin görüntülü layihələrindən olan Panorama 1326 Bursa Fəth Muzeyi Türkiyənin qürur yeri oldu. Muzey xidmətə yeni açılmasına baxmayaraq, Bursada gəzməli yerlər siyahısında ilk sıranı ala bilib. Fəth Muzeyinə Türkiyə və 45 ölkədən 110 min turist gəlib. Bursanın fəthinin 3 d formatında görüntülü izah olunduğu Panorama 1326 Bursa Fəth Muzeyi dünyanın ən böyük tam panoramalı müzeyi sayılır. 42 metr sahəni əhatə edən nəhəng qübbəsi və memarlığı görənləri heyran edir.

“Haber Türk”: “UEFA iki Türkiyə futbolçusunu siyahıya aldı”

  2019-cu ildə UEFA-nın müxbirləri tərəfindən müəyyən olunan 50 gənc futbolçunun adı UEFA-nın rəsmi saytında yayımlanıb. Siyahıda iki Türkiyə oyunçunun da adı var: biri Qalatasaray komandasında uğurlu performansından sonra Avropa klublarının marağına səbəb olan 18 yaşlı Ozan Kabak, digəri isə Aytemiz Alanyaspor komandasındakı çıxışından sonra A Türkiyə Milli Futbol Komandasına dəvət edilən 20 yaşlı Merih Demiraldır.



Әlaqәli Xәbәrlәr