“Ayva tatlısı” – heyva şirniyyatı necə hazırlanır?

İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə ”ayva tatlısı” – heyva şirniyyatını təqdim edirik.

1168690
“Ayva tatlısı” – heyva şirniyyatı necə hazırlanır?

  Türkiyədə əsasən yeməkdən sonra süfrəyə gətirilən şirniyyatın yeri başqadır. Bu sıradan süd və meyvələrlə hazırlanan kek və şirnilər geniş yayılıb. Soyuq şəkildə yeyilən südlü desertlərə isti havalarda üstünlük verilir, meyvəli şirniyyat isə hər mövsümdə yeyilir.

  Təbii ki, meyvələr mövsümə görə dəyişir. Payız və qışda heyva, alma, armud və balqabaq, yaz və yayda isə şaftalı, ərik, əncir və onlarla meyvədən istifadə olunur.

  Bu gün sizə Türkiyə türkcəsində desək, “ayva tatlı”sı, yəni heyva şirniyyatı təqdim edirik.   

  Heyva şirniyyatı üçün bizə nələr lazımdır?

  • 3 heyva,
  • Yarm (1/2) kasa şəkər,
  • 1 darçın çubuğu,
  • 5 ədəd qərənfil,
  • 1 limon,
  • 1 stəkan yarım (½) su,
  • 3 qaşıq qaymaq və ya semtana (krem)

   İndi isə “ayva tatlısı”, yəni heyva şirniyyatını hazırlayaq. Əvvəlcə dərin bir qaba su doldurun və içərisinə limon sıxın. Heyvaları ikiyə bölərək soyun və tumlarını çıxarın. Tumları ayrı yerdə toplayın, bişirərkən şirniyyata rəng verməsi üçün istifadə edirik.

  Heyvaları soyduqca limonlu suya salıb-saxlayın. Hamısı hazır olunca orta hissələr üstdə qalacaq şəkildə qazana yığın. Darçın, qərənfil və heyva toxumlarının hamısını heyvanın üzərinə əlavə edin. Sonra şəkəri hər birinin üzərinə bərabər şəkildə tökün.

  Qazana suyu tökdükdən sonra qapağını örtün. Orta atəşdə 1 – 1 saat yarım qaynadın. Sonra bişən heyva dilimlərini nimçələrə düzün, soyusun.  Soyuyan heyvaların hər birinin üzərinə bişdiyi sudan tökün, sonra qaymaq və ya xamanı əlavə edin. Artıq yeyə bilərsiniz, nuş olsun.  

 



Әlaqәli Xәbәrlәr