Türkiyə Fransa Milli Assambleyasının qərarına reaksiya verdi
Türkiyə Fransa Milli Assambleyasının 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürməsinə reaksiya verdi.
Türkiyə Fransa Milli Assambleyasının 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarında Osmanlı dövrünə dair hüquqi və tarixi əsası olmayan ittihamlar irəli sürməsinə reaksiya verdi.
Türkiyə Xarici İşlər Nazirilyindən verilən bəyanatda deyilir:Fransa Milli Assambleyasının 29 aprel 2024-cü il tarixli assuriyalılar və keldanilər haqqında qərarını ''yox'' hökmündə qəbul edirik''.
Bəyanatda bildirilib ki, ötən il Fransa hökuməti Senatının qəbul etdiyi oxşar qərarı dəstəkləmədiyini açıqlamışdı.
"Hakim partiyanın deputatları tərəfindən bu dəfə də eyni əsassız ittihamların Assambleyanın müzakirəsinə çıxarılması siyasi maraqlar naminə tarixi təhrif etmək cəhdinin bir nümunəsidir. Parlamentlərin tarixi şərh etmək və mühakimə etmək səlahiyyəti yoxdur. Bu qərar həm də BMT Baş Assambleyasının soyqırımı cinayətinin yalnız səlahiyyətli məhkəmə tərəfindən ittiham oluna biləcəyini nəzərdə tutan 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasına ziddir",-deyə bəyanatda vurğulanıb.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...