Türkiye XİN İranın Suriyadakı sәfirliyinә edilәn hücumla bağlı bәyanat yaydı

Türkiye Xarici İşlər Nazirliyi İsrailin İranın Dəməşqdəki səfirliyinə etdiyi hücumu pisləyib.

2123930
Türkiye XİN İranın Suriyadakı sәfirliyinә edilәn hücumla bağlı bәyanat  yaydı

Türkiye Xarici İşlər Nazirliyi İsrailin İranın Dəməşqdəki səfirliyinə etdiyi hücumu pisləyib.

Xarici işlər Nazirliyindən verlən bəyanatda deyilir: “Sözügedən hərəkətin bütün regiona təsir edəcək münaqişəyə çevriləcəyindən narahatıq.İsrail son zamanlar törətdiyi beynəlxalq hüquq pozuntularına yenisini əlavə edib. Biz bütün müvafiq tərəfləri sağlam düşüncə və təmkinlə hərəkət etməyə, həmçinin beynəlxalq hüquqa riayət etməyə dəvət edirik”.

Qeyd edək ki,  aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına edilən hava hücumunda 2-si general olmaqla İran İnqilab Keşikçiləri Korpusunun yeddi üzvü həyatını itirib. Hücumda ölənlər arasında 6 suriyalının da olduğu, ölənlərin ümumi sayının isə 13 olduğu açıqlanıb.

İran hücumu İsrailin həyata keçirdiyini bildirsə də, Təl-Əviv rəhbərliyi mövzu ilə bağlı açıqlama verməyib.

İran hücuma adekvat cavabın veriləcəyini və ABŞ-ın məsuliyyət daşıdığını bəyan edib.



Әlaqәli Xәbәrlәr