Daha bir yardım gəmisi Mersin limanından yola salınıb

Qəzzaya çatdırılmaq üçün Türkiye Qızıl Ayparasının rəhbərliyi ilə hazırlanan 2 min 737 ton humanitar yardım materialını daşıyan 7-ci gəmi Mersin Beynəlxalq Limanından yola salınıb.

2112470

Türkiye Qızıl Aypara, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD), donorlar və digər qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində hazır yemək, su, un, geyim, gigiyena, çadır, ədyal, sığınacaq materialları, tibbi və uşaq ləvazimatları olan ərzaq bağlamaları MARİN adlı gəmiyə yüklənib.

Gəmi Mersin Beynəlxalq Limanından mərasimlə yola salınıb.

İndiyədək Türkiyedən Qəzza  üçün 12 təyyarə və 6 gəmi göndərilib.

Ən çox yardım miqdarı isə bu gün yola salınan gəmidə olub. 

Yardım əvvəlcə Misirin Əl Ariş limanına göndəriləcək, daha sonra yük maşınlarına yüklənərək Qəzzaya göndəriləcək.

Әlaqәli Xәbәrlәr