"Həyata keçirilən uğurlu əməliyyatlarla terror təşkilatına ağır zərbə endirildi", Y. Gülər

Yaşar Gülər ​​terrorla mübarizədə ölkə daxilində və sərhəddən kənarda həyata keçirilən uğurlu əməliyyatlarla separatçı terror təşkilatına ağır zərbə vurulduğunu bildirib.

2110846
"Həyata keçirilən uğurlu əməliyyatlarla terror təşkilatına ağır zərbə endirildi", Y. Gülər

Türkiyenin milli müdafiə naziri Yaşar Gülər ​​terrorla mübarizədə ölkə daxilində və sərhəddən kənarda həyata keçirilən uğurlu əməliyyatlarla separatçı terror təşkilatına ağır zərbə vurulduğunu bildirib.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, nazir Gülərin sədrliyi ilə daxili və sərhəd qoşunları komandirlərinin iştirakı ilə video telekonfrans keçirilib.

Yığıncaqda fəaliyyətlərlə bağlı məlumat alan və tapşırıqlar verən Y.Gülər qlobal və regional səviyyədə kritik hadisələrin baş verdiyi bir vaxtda ​​artan risk, təhdid və təhlükələr qarşısında ölkənin və millətin təhlükəsizliyini təmin etmək, hüquq və mənafeləri qorumaq üçün əzm və qərarlı şəkildə işlərini davam etdirdiklərini bildirib.

Nazir Gülər ​​terrorla mübarizədə ölkə daxilində və sərhəddən kənarda həyata keçirilən uğurlu əməliyyatlarla terror təşkilatına ağır zərbə vurulduğunu, təşkilatın hərəkətliliyinin artıq sona çatdığını vurğulayıb.

Nazir "Önümüzdəki dövrdə bu günə qədər sahədə qurduğumuz nəzarəti təkmilləşdirmək, terror təşkilatının hərəkət və fəallıq qabiliyyətini sıfıra endirmək üçün heç bir yer toxunulmaz qalmayacaq” deyib.

Y.Gülər ​​terror təşkilatına qarşı təzyiqlərin fasiləsiz olaraq davam edəcəyini də sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr