Numan Kurtulmuş ukraynalı həmkarı ilə görüşdü

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Rusiya ilə Ukrayna arasında davam edən müharibənin ən qısa zamanda sona çatmasının vacibliyini vurğulayıb.

2139444
Numan Kurtulmuş ukraynalı həmkarı ilə görüşdü

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Rusiya ilə Ukrayna arasında davam edən müharibənin ən qısa zamanda sona çatmasının vacibliyini vurğulayıb.
Numan Kurtulmuş paytaxt Ankarada Ukrayna parlamentinin sədri Ruslan Stefançuk ilə görüşüb.
3-cü ilinə qədəm qoyan Rusiya-Ukrayna müharibəsinin ağır nəticələri olduğunu ifadə edən Numan Kurtulmuş deyib: ''Türkiyə olaraq Rusiya ilə Ukrayna arasındakı müharibənin ən qısa zamanda sona çatdırılması, davamlı sülhün bərqərar olması üçün ilk andan böyük səylər göstəririk”.
Numan Kurtulmuş  Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi və ilhaq edilmiş Ukrayna torpaqlarının ilkin statusuna qaytarılmasının ən doğru yol olduğunu deyib.
Türkiyə Böyük Millət Məclisinin sədri deyib: “Yalnız Krımın deyil, Ukraynanın şərqinin də qanunsuz ilhaqını tanımadığımızı bütün platformalarda ifadə edirik''.
Stefançuk isə öz növbəsində deyib: "Əldə olunacaq sülh ədalətli və davamlı olmalıdır. Biz öz sülh formulamızı yaratmışıq. Bu mənada sülh sammiti keçiriləcək. Ümid edirəm ki, cənab Prezident Rəcəb Tayyib Ərdoğan sülh sammitinə dəvətimizi qəbul edib, qatılacaq''.



Әlaqәli Xәbәrlәr