Məhkəmədə çıxış etmək növbəsi Türkiyenindir

İsrailin mühakimə olunduğu Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsində çıxış etmək növbəsi Türkiyenindir.

2107211
Məhkəmədə çıxış etmək növbəsi Türkiyenindir

İsrailin mühakimə olunduğu Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsində çıxış etmək növbəsi Türkiyenindir.

Xarici işlər nazirinin müavini səfir Əhməd Yıldız bu gün Beynəlxalq Ədalət Məhkəməsində İsrailin Fələstindəki işğal və ilhaq tətbiqləri ilə bağlı şifahi təqdimatla çıxış edəcək.

30 dəqiqə yaxın davam edəcək təqdimatda Türkiyenin Fələstinə verdiyi dəstək beynəlxalq ictimaiyyət qarşısında təkrarlanacaq.

Türkiye İsrailin 1967-ci ildən bəri Fələstin ərazisində qeyri-qanuni tətbiqləri ilə bağlı məlumat və nəticələri Məhkəmə ilə paylaşacaq.

 Qeyd edək ki, həftə ərzində 47 ölkə Beynəlxalq Ədalət Məhkəməsində şifahi bəyanatlarla çıxış edib.

Dinləmənin son günündə Türkiye də daxil olmaqla 5 ölkə və 3 beynəlxalq təşkilat öz fikirlərini təqdim edəcək.

Beynəlxalq Məhkəmənin qərarı hüquqi qüvvəyə malik deyil. Bununla belə, bunun İsrailə təzyiqi artıracağı gözlənilir.



Әlaqәli Xәbәrlәr