MİT “Renas Amed” kod adlı terrorçu Murat Ateşi zərərsizləşdirib

MİT Suriyanın Qamışlı bölgəsində həyata keçirdiyi nöqtə əməliyyatı ilə separatçı terror təşkilatı PKK/YPG-nin sözdə başçılarından Murat Ateşi zərərsizləşdirib.

2106050
MİT “Renas Amed” kod adlı terrorçu Murat Ateşi zərərsizləşdirib

Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində həyata keçirdiyi nöqtə əməliyyatı ilə separatçı terror təşkilatı PKK/YPG-nin sözdə başçılarından Murat Ateşi zərərsizləşdirib.

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, uzun müddətdir MİT-in təyin etdiyi xüsusi qrup tərəfindən yaxından nəzarətdə olan terrorçu “Renas Amed” kod adlı Murat Ateşin zərərsizləşdirilməsi üçün həssas sahə işləri aparılıb.

Terrorçu M.Ateş Suriyanın Qamışlı bölgəsində keçirilən nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

2014-cü ildə Avropadan separatçı terror təşkilatı PKK-ya qoşulan terrorçu Ateş 2014-2016-cı illər arasında İraq və Suriyanın Qəndil, Avaşin və Qara bölgələrində silahlı fəaliyyətlər həyata keçirib.



Әlaqәli Xәbәrlәr