İraq prezidenti Yaşar Güləri qəlul edib

Milli Müdafiə naziri Yaşar Gülər ​​Baş Qərargah rəisi, ordu generalı Metin Gürakla İraqda rəsmi görüşlər keçirir.

2098532
İraq prezidenti Yaşar Güləri qəlul edib

Milli Müdafiə naziri Yaşar Gülər ​​Baş Qərargah rəisi, ordu generalı Metin Gürakla İraqda rəsmi görüşlər keçirir.

Nazirlikdən verilən məlumata görə, nazir Yaşar Gülər ​​əvvəlcə İraq prezidenti Əbdüllətif Məhəmməd Camal Rəşid tərəfindən qəbul edilib, daha sonra İraqın Baş naziri Məhəmməd Şiyə Sabbar Hatim Es-Sudani ilə görüşüb.

Daha sonra İraq Müdafiə Nazirliyinə gedən Yaşar Güləri iraqlı həmkarı Sabit Məhəmməd Səid Rıza Əl Abbasi hərbi mərasimlə qarşılayıb.

Nazirlər təkbətək  görüşdən sonra nümayəndə heyətləri arasında baş tutan görüşlərə sədrlik ediblər.

Görüşlərdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Yaşar Gülərin Bağdaddakı təmasları davam edir.



Әlaqәli Xәbәrlәr