Numan Kurtulmuş Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb
Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Numan Kurtulmuş və Əl Nəhyan arasında keçirilən görüşdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib.
Görüşdə Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiye-BƏƏ arasındakı əlaqələrinin çatdığı səviyyədən məmnunluğunu ifadə edərək, iki dost və qardaş ölkə arasındakı əməkdaşlığın mükəmməl səviyyədə olduğunu və bu əməkdaşlığın hər sahədə artaraq davam etməsini arzuladıqlarını bildirib.
Bu gün ASELSAN BƏƏ ofisinin açılışını etdiklərini xatırladan Numan Kurtulmuş BƏƏ ilə yüksək texnologiya və müdafiə sənayesi sahəsində böyük əməkdaşlıq potensialının mövcudluğuna diqqət çəkib.
Әlaqәli Xәbәrlәr
Ömər Bolat Türkmənistanda səfərdədir
Türk şirkətləri bu günə qədər Türkmənistanda 1000-dən çox layihə həyata keçirib