Hakan Fidan: "Qəzzaya humanitar yardım göndərilməsinə mane olunması qəbuledilməzdir"

Xarici işlər naziri Hakan Fidan Buxarestdə həmkarı Luminita Odobesku ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

2095778
Hakan Fidan: "Qəzzaya humanitar yardım  göndərilməsinə mane olunması qəbuledilməzdir"

"İsrailin Qəzzaya humanitar yardım və tibbi ləvazimat göndərməsinə mane olması heç vaxt beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməməlidir".

Bunu xarici işlər naziri Hakan Fidan Rumıniyanın paytaxtı Buxarestdə həmkarı Luminita Odobesku ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

H.Fidan Türkiyenin Montrö Boğazlar Konvensiyasını qərəzsiz və həssas şəkildə yerinə yetirməyə davam etdiyini bildirərək deyib:

“Dünən mən bunu Sofiyada (Bolqarıstanın paytaxtı) mətbuat konfransında dedim və bu gün bir daha təkrar edirəm, Montrö ilə bağlı müzakirə aparmağı təsəvvür belə edə bilmirik”.

Nazir H.Fidan “Montrö Konvensiyası regionun təhlükəsizliyinin təminatı kimi fəaliyyət göstərməkdə davam edir” deyib.
Fidan bildirib ki, rumıniyalı həmkarı ilə görüşündə Balkanlardakı son hadisələr və Orta Şərqdəki hadisələr də müzakirə olunub.

Nazir H.Fidan həmkarı ilə birlikdə Qəzzadakı vəhşilik və faciəni və bunun yaratdığı təhdidləri dilə gətirdiklərini vurğulayaraq, İsraili Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbir qərarını yerinə yetirməyə və dərhal tam atəşkəs elan etməyə çağırdığını qeyd edib.

İsrailin həftələrdir blokadada olan Qəzzanı hədəf almağa davam etdiyini vurğulayan nazir Fidan bombardmandan sağ çıxanların aclıq və epidemiya xəstəlikləri ilə mübarizə apardığını bildirib. 

Xarici işlər naziri "İsrailin Qəzzaya humanitar yardım və tibbi ləvazimatların gəlməsinə mane olması heç vaxt beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməməlidir. 2 milyon insanın bombardmanlar altında aclıqdan və epidemik xəstəliklərdən açıq şəkildə ölməyə buraxıldığı bir vaxtda biz səssiz qala bilmərik və bunu etməməliyik. Bu qətliamın qarşısını almaq üçün dünya ictimai rəyi bir daha güclü şəkildə səfərbər edilməlidir. Sizi hərəkətə keçməyə çağırıram” deyib.



Әlaqәli Xәbәrlәr