Türkiyə Beynəlxalq Ədalət Məhkəməsinin qərarının icrasını gözləyir

Türkiyə Xarici İşlər Nazirliyi yanvarın 26-da Beynəlxalq Ədliyyə Məhkəməsinin İsrailin Qəzzaya hücumları ilə bağlı elan etdiyi müvəqqəti qadağa qərarı ilə bağlı açıqlama verərək bildirib ...

2094075
Türkiyə Beynəlxalq Ədalət Məhkəməsinin qərarının icrasını gözləyir

 

  Türkiyə İsrailin Fələstin xalqına qarşı hücumları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin (İCJ) elan etdiyi qadağa qərarının icrasını gözləyir.

  Türkiyə Xarici İşlər Nazirliyi yanvarın 26-da Beynəlxalq Ədliyyə Məhkəməsinin İsrailin Qəzzaya hücumları ilə bağlı elan etdiyi müvəqqəti qadağa qərarı ilə bağlı açıqlama verərək bildirib: “İsrailin Qəzzada yaşayan Fələstin xalqına qarşı hücumları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin açıqladığı müvəqqəti qadağa qərarının İsrail tərəfindən dərhal və tam şəkildə yerinə yetirilməsini gözləyirik.

  Məhkəmənin elan etdiyi tədbirlərin Fələstində axan qanı dayandırmaq üçün çox əhəmiyyətli bir fürsət olduğunu düşünürük.

  Yaxın Şərqdə daimi sülh və təhlükəsizlik yalnız İsrail-Fələstin probleminin beynəlxalq hüquq normaları və müəyyən edilmiş parametrlər əsasında ədalətli həlli ilə əldə oluna bilər. Türkiyə bu mövzuda hər cür töhfə və səy göstərməyə iradəsi olduğunu bir daha vurğulayır”.



Әlaqәli Xәbәrlәr