"Qəzzada başlayan müharibə spiralı bölgədə burulğana çevrilir", H.Fidan

Hakan Fidan Nazirlikdə Xorvatiyanın xarici və Avropa İşləri üzrə naziri Qordan Qrliç Radman ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.

2089344
"Qəzzada başlayan müharibə spiralı bölgədə burulğana çevrilir", H.Fidan

"Qırmızı dəniz, Suriya və İraqda baş verən hadisələr Qəzzada gedən müharibə spiralının getdikcə daha böyük bir burulğana çevriləcəyinin xəbərçisidir".

Bunu xarici işlər naziri Hakan Fidan Nazirlikdə Xorvatiyanın xarici və Avropa İşləri üzrə naziri Qordan Qrliç Radman ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir H.Fidan Qəzzada 24 mindən çox fələstinlinin qətlə yetirildiyini və bunun beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verdiyini xatırladıb.

Prosesin əvvəlində “ya böyük bir müharibə olacaq, ya da daha böyük sülh” dediyini xatırladan nazir Fidan müəyyən ölkələrin bunu müharibə mühitinə daxil etməkdən çəkinmədiyini, Türkiyenin və digər dostlarının göstərdiyi sıx fəaliyyətlərlə sülh mühitinin yaradılmasında ciddi irəliləyişlərin əldə edildiyini bildirib. 

H.Fidan qeyd edib ki, bu böhranın iki dövlətli həll yolu ilə sona çatmasının vacib olduğu fikri demək olar ki, hər kəs tərəfindən qəbul edilir:

"Qəzzadakı qətliam beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir. Bu qətliam davam etdiyi vəziyyətdə regional miqyasda yayılma riskini də artır. Qırmızı dəniz, İraq və Suriyada baş verənlər, Qəzzada başlayan müharibənin burulğana çevriləcəyini xəbər verir. Biz müxtəlif cəmiyyətlərdə dəfələrlə bəyan etmişik ki, fələstinlilər və israillilər üzərində bərabər suverenlik olmadan daimi sülh əldə edilə bilməz. Yalnız İsrailin maraqlarını ön planda tutan yanaşmalar sülh gətirməyəcək".

Müharibə ilə bağlı ciddi risklərin olduğuna diqqət çəkən Fidan deyib:

"Qəzzada qətliam davam edərkən biz regional yayılma riskini tez-tez dilə gətirirdik. Hər kəs regional yayılmanın Livanda başlayacağını gözlədiyi halda, bu hadisə başqa yerlərdə baş verdi. Hazırda Qırmızı dənizdə baş verənlər, İraqda, Suriyada baş verənlər; bu kimi hücumların və qarşılıqlı mövqe tutmaların, Qəzzada başlayan müharibə spiralının getdikcə daha böyük bir burulğana çevriləcəyindən xəbər verdiyini görmək yanıltmamalıdır. Biz həm sülh mövzusundakı fəaliyyətlərimizə tam sürət davam edəcəyik, həm də İsrailin törətdiyi qətliamlara beynəlxalq ictimaiyyətdə həm siyasi olaraq, həm də hüquqi cəhətdən lazımi reaksiya göstərilməsi üçün hər cür səy göstərəcəyik”.



Әlaqәli Xәbәrlәr