Hakan Fidan və Entoni Blinken bir sıra vacib mövzunu müzakirə ediblər

Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenə Türkiyenin F-16-ların satınalma prosesinin yekunlaşmasını gözlədiyini vurğulayıb.

2085237
Hakan Fidan və Entoni Blinken bir sıra vacib mövzunu müzakirə ediblər

Xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenə Türkiyenin F-16-ların satınalma prosesinin yekunlaşmasını gözlədiyini vurğulayıb.

Hakan Fidan və Entoni Blinkenin dünən İstanbulda keçirdiyi görüşlə bağlı diplomatik mənbələrdən əldə edilən məlumata görə, görüşlərdə iki ölkə arasındakı əlaqələr ətraflı şəkildə müzakirə edilib.

Nazir Hakan Fidan həmsöhbətinə Türkiyenin F-16-ların satınalma prosesinin tamamlanmasını gözlədiyini bildirib və İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı yekun qərarı Türkiye Böyük Millət Məclisinin verəcəyini bildirib.
İki nazir Qəzzadakı vəziyyəti də qiymətləndirib.
Hakan Fidan Qəzzada dərhal atəşkəsin elan edilməsinin və bölgəyə fasiləsiz humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayaraq, iki dövlətli həll üçün danışıqlara ən qısa zamanda başlanılması ilə əlaqədar çağırış edib.
Hakan Fidan Türkiyenin Qara dənizdə gərginliyin yaşanmasını istəmədiyini, Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün göstərdiyi səylərə də toxunub.
Görüş zamanı Azərbaycan və Ermənistan arasındakı danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub.



Әlaqәli Xәbәrlәr