Türkiyenin terrorla mübarizəsi davam edir

Milli Müdafiə Nazirliyinin sosial media hesabından paylaşım edib.

2083012
Türkiyenin terrorla mübarizəsi davam edir

Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq üçün təcavüz atəşi açan separatçı terror təşkilatı PKK/YPG-dən 4 terrorçu Türkiye Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin sosial media hesabından edilən paylaşımda "Terrorçuların təcavüz atəşləri cəzasız qalmır! Qəhrəman Türkiye Silahlı Qüvvələrimiz Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq üçün təcavüz atəşi açan 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib" ifadələrindən istifadə olunub.



Әlaqәli Xәbәrlәr