Türkiye Silahlı Qüvvələri terrorçuların 29 hədəfini məhv edib

İraqın şimalında şəhid olan əsgərlərin sayı 12-yə yüksəlib.

2080092
Türkiye Silahlı Qüvvələri terrorçuların 29 hədəfini məhv edib

Milli Müdafiə Nazirliyi dünən İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində baza bölgəsinə soxulmağa cəhd göstərən  terrorçularla qarşıdurmada 6 əsgərin şəhid olduğunu, 1 əsgərin yaralandığını bildirib.

Nazirlikdən verilən açıqlamada deyilib:

"23 dekabr 2023-cü il tarixində "Pəncə-Kilid" əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla baş verən qarşıdurmada 6 qəhrəman əsgərimiz şəhid olub, bir qəhrəman əsgərimiz isə yaralanıb. İlkin təsbitlərə görə, qarşıdurmada 13 terrorçu zərərsizləşdirilib. Bölgədə təmas davam edir. Müəyyən edilmiş hədəflərə qarşı qəfil hava əməliyyatları da həyata keçirilir".

Milli Müdafiə Nazirliyindən əvvəlki açıqlamada separatçı terror təşkilatının İraqın şimalında həyata keçirdiyi hücumda 6 əsgərin şəhid olduğu bildirilmişdi.

Şəhid xəbərindən sonra dövlətin zirvəsindən bir-birinin ardınca başsağlığı mesajları yayıldı.

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş xainlərə layiq olduqları cavabın veriləcəyini vurğulayarkən, vitse-prezident Cevdet Yılmaz “Millətimizə başsağlığı verirəm” deyib.

Milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altun da sosial media hesablarında şəhid əsgərlər üçün başsağlığı veriblər.

Türkiye Böyük Millət Məclisində 4 siyasi partiyanın imzaladığı bəyannamədə “Terror və zorakılığın heç vaxt məqsədlərinə çatmayacağı” bildirilib.

Bu arada, İraqın şimalında və Suriyada 29 terror hədəfi hava əməliyyatları ilə məhv edilib.

Milli Müdafiə Nazirliyinin sosial media hesabından İraq və Suriyanın şimalında həyata keçirilən hava əməliyyatları ilə bağlı “Şəhidlərimiz üçün” başlığı ilə qaylaşım edilib.

Paylaşımda PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, İraq və Suriyanın şimalında xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının aradan qaldırılması, sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, İraq-Suriyanın şimalında Türkiye vaxtı ilə dünən saat 22.00-da terrorçuların hədəflərinə qarşı hava əməliyyatları həyata keçirildiyi bildirilib.

    “29 hədəf, o cümlədən sığınacaqlar, neft obyektləri və anbarlar məhv edilib”, - deyə qeyd olunub.

    Havadan da endirilən zərbələr nəticəsində çox sayda terrorçu məhv edilib.



    Әlaqәli Xәbәrlәr