Türkiye və İraq rəsmiləri arasındakı görüşdə PKK-nın yaratdığı təhdidlər müzakirə olundu

Türkiye və İraq nümayəndə heyətlərinin İraq və bölgənin inkişafına töhfə verəcəyi düşünülən İnkişaf Yolu Layihəsinin ən qısa zamanda həyata keçirilməsi üçün atılacaq addımlarla bağlı mövzuları müzakirə etdikləri açıqlanıb.

2078568
Türkiye və İraq rəsmiləri arasındakı görüşdə PKK-nın yaratdığı təhdidlər müzakirə olundu

Türkiye və İraq nümayəndə heyətlərinin İraq və bölgənin inkişafına töhfə verəcəyi düşünülən İnkişaf Yolu Layihəsinin ən qısa zamanda həyata keçirilməsi üçün atılacaq addımlarla bağlı mövzuları müzakirə etdikləri açıqlanıb.
Türkiyenin xarici işlər naziri Hakan Fidan, İraqın xarici işlər naziri Fuad Hüseyn ilə iki ölkənin yüksək səviyyəli hərbi və təhlükəsizlik rəsmilərinin Ankarada keçirdiyi görüşlərdən sonra birgə yekun bəyannamə yayımlanıb.
Bəyannamədə  hər iki ölkənin nümayəndə heyətlərinin ikitərəfli və regional məsələlər, xüsusilə də terrorla mübarizə, təhlükəsizlik və su hövzələri ilə bağlı hərtərəfli məsləhətləşmələr apardıqları vurğulanıb. “Bu görüşlər nəticəsində tərəflər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər'',-deyə bəyannamədə qeyd olunub.
Tərəflər həmçinin terror təşkilatı PKK-nın yaratdığı təhdidləri də müzakirə ediblər.
İraqın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı əhəmiyyət verildiyi bildirilən bəyannamədə həmçinin bu ifadələrə yer verilib: “Tərəflər iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində terror təşkilatı PKK-nın yaratdığı təhdidləri də müzakirə ediblər”.

Bəyannamədə regional təhlükəsizlik, sabitlik və rifahın ümumi strateji baxış çərçivəsində ticarət, investisiya, nəqliyyat və infrastruktur kimi əməkdaşlıq sahələrində irəliləyişlə mümkün olacağı vurğulanıb. 
Bəyannamədə deyilir:"Bu kontekstdə İraqın və regionun inkişafına töhfə verəcəyi düşünülən İnkişaf Yolu Layihəsinin dərhal həyata keçirilməsi üçün atılacaq addımlar müzakirə edilib. Tərəflər iqlim dəyişikliyi və su məsələləri ilə bağlı ümumi çağırışları müzakirə edib. Türkiye Respublikası və İraq Respublikası bu mövzular üzrə müzakirələri və təmasları müntəzəm və fasiləsiz davam etdirmək barədə razılığa gəlib''.



Әlaqәli Xәbәrlәr