“Tarix bu iyrənc mənzərəni yaradanları mühakimə edəcək”, R.T.Ərdoğan

Paytaxt Ankaradakı Prezident İqamətgahında təşkil edilən Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatları mərasimində çıxış edən R.T.Ərdoğan İsrailin Qəzzaya hücumlarına toxunaraq deyib ...

2078995
“Tarix bu iyrənc mənzərəni yaradanları mühakimə edəcək”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağına hücumları ilə bağlı “Tarix bu iyrənc mənzərəni yaradanları - buna səbəb olanları və olanları qanuniləşdirməyə çalışanları layiq olduğu kimi mühakimə edəcək” dedi.

  Paytaxt Ankaradakı Prezident İqamətgahında təşkil edilən Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatları mərasimində çıxış edən R.T.Ərdoğan İsrailin Qəzzaya hücumlarına toxunaraq deyib: “Dünyanın gözü qarşısında İsrailin törətdiyi qətliama səssiz qalanları bir daha sərt şəkildə qınayırıq.

  İsrailin qırğın və oğurluğa əsaslanan vəhşi hücumları qarşısında bu qədər dövlətin aciz qalması bəşəriyyət üçün utancvericidir.

  Tarix bu iyrənc mənzərəni - Fələstinə İsrailin hücumlarını, buna səbəb olanları və olanları qanuniləşdirməyə çalışanları mühakimə edəcək. 2024-cü ildə zalımların cəzasını alacağına və məzlumların yaraları sağalacağına inanırıq.



Әlaqәli Xәbәrlәr