Türkiye Prezidenti Macarıstanda keçirdiyi görüşlərlə bağlı paylaşım edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvətilə səfər etdiyi Budapeştdə keçirdiyi görüşlərlə bağlı rəsmi internet səhifəsində paylaşım edib.

2078375
Türkiye Prezidenti Macarıstanda keçirdiyi görüşlərlə bağlı paylaşım edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvətilə səfər etdiyi Budapeştdə keçirdiyi görüşlərlə bağlı rəsmi internet səhifəsində paylaşım edib.
Türkiye Prezidenti paylaşımında bu ifadələrə yer verib:
"Macarıstan ilə dostluq münasibətlərimiz əslində bir əsrdən çoxdur davam edir. Baş nazir cənab Viktor Orban ilə imzaladığımız Birgə Siyasi Bəyannamə ilə biz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsindən genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. Macarıstanın Türk Dövlətləri Təşkilatına verdiyi töhfəyə görə məmnunuq''. 
Bu ilin ilk 11 ayında Türkiye ilə Macarıstan arasında ticarət həcminin 4 milyard dollara yaxınlaşdığını bildirən Rəcəb Tayyib Ərdoğan 6 milyard dollarlıq ortaq hədəfə çatmaq mövzusunda qərarlı olduqlarını vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan artıq müdafiə sənayesi və enerji sahələrində əlaqələri daha da gücləndirməyi planlaşdırdıqlarına diqqət çəkib.
Macarıstan rəsmiləri ilə Fələstində və Ukraynada müharibə və zorakılığın həll yolu olmadığı mövzusunda həmfikir olduqlarını qeyd edən Rəcəb Tayyib Ərdoğan deyib:
"Beynəlxalq ictimaiyyət İsrailə doğru mesajlar vermək və yaşanan qətliama son qoymaq mövzusunda məsuliyyət daşıyır. Bu kontekstdə dostumuz Macarıstanın lazımi töhfəni verməkdən çəkinməyəcəyinə ürəkdən inanıram. Prezident Katalin Novak və Baş nazir Viktor Orban başda olmaqla göstərdikləri səmimi qonaqpərvərliyə görə macar dostlarımıza təşəkkür edirəm. Məsləhətləşmələrimiz və qəbul etdiyimiz qərarların xeyirli olmasını arzulayıram''.
Prezident Ərdoğan Macarıstandakı təmaslarından sonra Ankaraya gəlib.



Әlaqәli Xәbәrlәr