Türkiyə prezidentinin Macarıstan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana gedir

2077538
Türkiyə prezidentinin Macarıstan səfəri

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana gedir.

  R.T.Ərdoğanın Macarıstana səfəri iki ölkə arasında Birinci Dünya Müharibəsindən sonra kəsilən diplomatik münasibətlərin bərpası məqsədilə imzalanan Dostluq Müqaviləsinin 100-cü ildönümünə təsadüf edir.

  Görüşlər zamanı ikitərəfli siyasi, diplomatik və iqtisadi əlaqələrin qiymətləndirilməsi gözlənilir.

  Macarıstan prezidenti Katalin Novak və baş nazir Viktor Orbanla Ərdoğan danışıqlar zamanı Türkiyə-Macarıstan iqtisadi və siyasi münasibətlərindən, Türkiyənin Avropa İttifaqı (Aİ) ilə əlaqələrindən turmuş Qəzzada son vəziyyətə qədər gündəm mövzularını müzakirə edəcəklər.

  Keçiriləcək Yüksək Səviyyəli Strateji Şuranın Toplantısında isə iqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji və mədəniyyət sahələrində müzakirəsi və iki ölkə arasında 16 sənədin imzalanması gözlənilir.



Әlaqәli Xәbәrlәr