Prezident Ərdoğan Macarıstana rəsmi səfər edib

Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana rəsmi səfər edib. (YENİLƏNİB)

2077857
Prezident Ərdoğan Macarıstana rəsmi səfər edib

Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə rəsmi görüşlər keçirmək üçün Budapeştə gedib.

Prezident Ərdoğanı Budapeşt Ferenc Liszt Beynəlxalq Hava Limanında Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto, Macarıstanın Ankaradakı səfiri Viktor Matis, Macarıstan Xarici İşlər Nazirliyinin Protokol Baş direktoru Anett Varga, Türkiyenin Budapeşt səfiri Gülşen Karanis Ekşioğlu və həyat yoldaşı Ekrem Ekşioğlu  qarşılayıb.

R.T.Ərdoğanın Macarıstana səfəri iki ölkə arasında Birinci Dünya Müharibəsindən sonra kəsilən diplomatik münasibətlərin bərpası məqsədilə imzalanan Dostluq Müqaviləsinin 100-cü ildönümünə təsadüf edir.

Görüşlər zamanı ikitərəfli siyasi, diplomatik və iqtisadi əlaqələrin qiymətləndirilməsi gözlənilir.

Macarıstan prezidenti Katalin Novak və baş nazir Viktor Orbanla Ərdoğan danışıqlar zamanı Türkiyə-Macarıstan iqtisadi və siyasi münasibətlərindən, Türkiyənin Avropa İttifaqı (Aİ) ilə əlaqələrindən turmuş Qəzzada son vəziyyətə qədər gündəm mövzularını müzakirə edəcəklər.

Keçiriləcək Yüksək Səviyyəli Strateji Şuranın Toplantısında isə iqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji və mədəniyyət sahələrində müzakirəsi və iki ölkə arasında 16 sənədin imzalanması gözlənilir.



Әlaqәli Xәbәrlәr