Prezident Ərdoğan həmkarı Katalin Novak ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb.

2077980
Prezident Ərdoğan həmkarı Katalin Novak ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb.

Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə rəsmi təmaslar üçün Budapeştə gedən prezident Ərdoğan macar həmkarı Novak ilə görüşüb.

İki lider arasında görüş mətbuata qapalı keçirilib.

Görüşdən sonra Ərdoğan Türkiye-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısının keçiriləcəyi Karmelita monastırına gedib.

Prezident Ərdoğanın görüşdən əvvəl Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü gözlənilir.

Ərdoğanın Macarıstana səfəri iki ölkə arasında Birinci Dünya Müharibəsindən sonra kəsilən diplomatik münasibətlərin bərpası məqsədilə imzalanan Dostluq Müqavilənin 100-cü ildönümünə təsadüf edir.

Səfər zamanı ikitərəfli siyasi, diplomatik və iqtisadi əlaqələrin qiymətləndirilməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr