Öncü Keçeli Türkiyenin fələstinlilərə göndərdiyi humanitar yardım barədə məlumat verdi

Türkiye Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli fələstinlilərin ehtiyac duyduğu təcili humanitar yardımın çatdırılması üçün bütün qurum və təşkilatlarla səylərin davam etdiyini bildirib.

2077882

Öncü Keçeli bu barədə rəsmi ''X'' internet səhifəsində  etdiyi paylaşımda bildirib. Öncü Keçeli 13 oktyabr-12 dekabr tarixləri arasında təxminən 2 min 500 ton humanitar yardımın 13 təyyarə ilə Misirin Əl-Ariş limanına göndərildiyini ifadə edərək yardımların davam edəcəyini qeyd edib.
Ö.Keçeli Türkiye Qızıl Aypara Cəmiyyəti və Küveyt Yardım Dərnəyinin əməkdaşlığı nəticəsində ümumilikdə 1107 ton material daşıyan gəminin Əl-Ariş limanında lövbər salmaq üzrə olduğunu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin ( TİKA) İordan çayının qərb sahilində qapalı qalan qəzzalı işçilərə də yardım çatdırdığını deyib.
Noyabrın 16-dan bu yana Qəzzadan Türkiyeyə 182 xəstə və yaralının və onları müşayiət edən 147 nəfərin gəldiyinə diqqət çəkən Ö. Keçeli xəstələrin və yaralıların müalicə olunduğunu və bu sayın artacağını bildirib.
Ö.Keçeli Qəzzada səhra xəstəxanasının qurulması işlərinin ən qısa zamanda tamamlanacağını açıqlayıb.

Әlaqәli Xәbәrlәr