Türkiye Prezidenti Macarıstana səfər edəcək

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana səfər edəcək.

2077368
Türkiye Prezidenti Macarıstana səfər edəcək

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana səfər edəcək.
Rəcəb Tayyib Ərdoğanın Macarıstana səfəri iki ölkə arasında I Dünya Müharibəsindən sonra kəsilən diplomatik münasibətlərin bərpası məqsədilə imzalanan Dostluq Müqavilənin 100-cü ildönümünə təsadüf edir.
Səfər çərçivəsində ikitərəfli siyasi, diplomatik və iqtisadi əlaqələrin qiymətləndirilməsi gözlənilir.
Rəcəb Tayyib Ərdoğan Macarıstan prezidenti Katalin Novak və baş nazir Viktor Orbanla görüşəcək.
Görüşlərdə Türkiye-Macarıstan iqtisadi və siyasi əlaqələri, Türkiyenin Avropa İttifaqı (Aİ) ilə əlaqələri və  Qəzzadakı son vəziyyətin müzakirə edilməsi planlaşdırılır. Səfər çərçivəsində Yüksək Səviyyəli Strateji Şuranın Toplantısı da keçiriləcək. İki ölkənin nazirləri iki ölkə arasındakı münasibətlərin bütün aspektlərini qiymətləndirəcək  və yeni sazişlər imzalayacaqlar.



Әlaqәli Xәbәrlәr