Yasin Ekrem Serim: ''Türkiye Fələstin xalqı üçün səy göstərməyə davam edəcək''

Türkiye xarici işlər nazirinin müavini Yasin Ekrem Serim bəyan edib ki, Türkiye beynəlxalq ictimaiyyətin məsul üzvü kimi Fələstin xalqının məruz qaldığı haqsızlığa son qoymaq üçün səylərini davam etdirəcək.

2076141

Serim Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümü çərçivəsində keçirilən tədbirdə “İnsan Hüquqlarının Gələcəyi Sülh və Təhlükəsizlik'' mövzusunda keçirilən dəyirmi masa toplantısında məruzəçi kimi iştirak edib.

Bölgədə və dünyada qarşıdurma və müharibələrin sayı artsa da, insan hüquqlarının pozulmasına qarşı durmaq, daimi sülh və sabitliyin təmin edilməsi üçün məsuliyyət hissinin artdığını ifadə edən Serim bu gün Qəzzada davam edən qeyri-insani hücumların təkcə Fələstin xalqının əsas hüquqlarına deyil, eyni zamanda bütün bəşəriyyətin ortaq dəyərlərinə böyük zərbə vurduğunu vurğuladı.

Serim bildirib ki, Qəzzada yaşananların bu günə qədər dayandırılamaması beynəlxalq ictimaiyyətin laqeydliyini və sistemin zəif tərəflərini ortaya qoyur.

"Türkiye beynəlxalq ictimaiyyətin məsul üzvü olaraq Fələstin xalqının yaşadığı ədalətsizliyə son qoymaq üçün səylərini  davam etdirəcək. Humanitar və həll yönümlü təşəbbüslərimizi  hər platformada davam etdirəcəyik'',-deyə Yasin Erkem Serim deyib.

Әlaqәli Xәbәrlәr