Şimali İraq və Suriya əməliyyatlarında son bir həftədə zərərsizləşdirilən terrorçu sayı

Türkiyə Milli Müdafiə Nazirliyi terrorla mübarizə ilə bağlı məlumat verib ...

2070966
Şimali İraq və Suriya əməliyyatlarında son bir həftədə  zərərsizləşdirilən terrorçu sayı

 

  İraqın şimalında davam edən əməliyyatlarda separatçı terror təşkilatı PKK üzvü 647 terrorçu zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyi terrorla mübarizə ilə bağlı məlumat verib: “Bütün terror təşkilatlarına qarşı əməliyyatlar ölkə daxilində və sərhəddən kənarda fasiləsiz və uğurla həyata keçirilir.

  Əməliyyatlarla son bir həftədə Şimali İraq və Suriya da daxil olmaqla 49 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçuların sayı 2023-cü ilin 1 yanvarından 1976-ya, 2015-ci il 24 iyuldan isə 39.319-a yüksəlib.

  18 aprel 2022-ci il tarixindən İraqın şimalında başlanılan "Pəncə-Kilid" əməliyyatında indiyədək 647 PKK terrorçusu zərərsizləşdirilib.

  İlin əvvəlindən Suriyada Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı atılan təcavüz atəşlərinə cavab olaraq 31-i son həftədə olmaqla 1408 terrorçu zərərsizləşdirilib.   



Әlaqәli Xәbәrlәr