Ərdoğan ilə Rəisi arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

2068988
Ərdoğan ilə Rəisi arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.

Bu barədə Türkiye Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, danışıqlarda İsrailin Qəzzaya həmlələri, fələstinlilərə humanitar yardım fəaliyyətləri və bölgədə daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar müzakirə edilib.

Məlumatda “Başda Türkiye və İran olmaqla İslam dünyasının Fələstin torpaqlarında İsrail vəhşiliyinə qarşı ortaq mövqe nümayiş etdirməsinin önəmini Prezident Ərdoğan görüşdə dilə gətirib” deyilib.

Eyni zamanda, qeyd olunub ki, telefon danışığı zamanı liderlər Türkiyedə keçiriləcək Türkiye-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının hazırlıqları və gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.



Әlaqәli Xәbәrlәr