“Pəncə-Kilid” əməliyyatı bölgəsində 3 əsgər şəhid olub

Türkiye Milli Müdafiə Nazirliyi “Pəncə-Kilid”" əməliyyatı bölgəsində 3 əsgərin şəhid olduğunu açıqlayıb.

2068997
“Pəncə-Kilid” əməliyyatı bölgəsində 3 əsgər şəhid olub

Türkiye Milli Müdafiə Nazirliyi “Pəncə-Kilid”" əməliyyatı bölgəsində 3 əsgərin şəhid olduğunu açıqlayıb.
Nazirlikdən verilən açıqlamada “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin həyata keçirdikləri hücum nəticəsində qəhrəman silahdaşlarımız baş çavuş Necdet Çalış, müddətdən artıq xidmət edən hərbi qulluqçu əsgər Emrah Gündür şəhid olub, iki qəhrəman şilahdaşımız yaralanaraq dərhal xəstəxanaya çatdırılıb” deyilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilən açıqlamada “Bizə dərin ağrı və hüzn verən bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiye Silahlı Qüvvələrinə başsağlığı və səbr, yaralanan şəxsi heyətimizə tezliklə şəfa diləyirik” deyilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, 26 noyabr 2023-cü il tarixində "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçuların hücumu nəticəsində yaralanan və xəstəxanaya çatdırılan qəhrəman silahdaşımız müddətdən artıq xidmət edən hərbi qulluqçu əsgər Fevzi Kızıltaş müalicə olunduğu xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq şəhid olub.



Әlaqәli Xәbәrlәr