İraqın şimalında terrorçulara mәxsus 17 hәdәf dә mәhv edilib

Bu barədə Türkiyenin Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

2068632
İraqın şimalında terrorçulara mәxsus 17 hәdәf dә mәhv edilib

İraqın şimalındakı Qara, Metina, Hakurk və Qəndil bölgələrində həyata keçirilən hava əməliyyatları ilə separatçı terror təşkilatı PKK-nın çox sayda üzvü zərərsizləşdirilib, həmçinin terror təşkilatına aid 17 hədəf məhv edilib.

Bu barədə Türkiyenin Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda separatçı terror təşkilatı PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, İraqın şimalından Türkiyeyə və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror aktlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əməliyyatının həyata keçirildiyi bildirilib. Hava əməliyyatının BMT nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyi qeyd olunub.

''İraqın şimalındakı Qara, Metina, Hakurk və Qəndil bölgələrində noyabrın 24-də saat 20.00-da terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Həyata keçirilən hava əməliyyatları nəticəsində separatçı terror təşkilatı tərəfindən istifadə edilən mağara, və sığınacaqlar məhv edilib'',-məlumatda vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr