Hakan Fidan Türkmənistan və Cənubi Koreyanın XİN rəhbərləri ilə telefon əlaqəsi saxlayıb

Türkiyenin xarici işlər naziri Hakan Fidan Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Cənubi Koreyanın xarici işlər naziri Park Cin ilə telefon əlaqəsi saxlayıb.

2068199

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, telefon danışıqları qarşı tərəfin tələbi ilə baş tutub.
Hakan Fidan və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında baş tutan telefon danışığında ikitərəfli münasibətlər, regional məsələlər və enerji sahəsində əməkdaşlıq müzakirə edilib.
Nazir Hakan Fidan və Cənubi Koreyanın xarici işlər naziri Park Cin arasında baş tutan telefon danışığında isə ikitərəfli siyasi və iqtisadi əlaqələr və enerji sahəsində əməkdaşlıq imkanları qiymətləndirilib.

Türkiye Xarici İşlər Nazirliyinin rəsmi ''X'' səhifəsində edilən paylaşımda Hakan Fidanın Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Bassonu qəbul etdiyi bildirilib.

Әlaqәli Xәbәrlәr